NATO qoşunları Rusiya sərhədinə toplanır
Tarix: 12.10.2017 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi: “Rusiya sərhədinə, faktiki olaraq, bir briqadanın deyil, NATO-nun mexanizasiya olunmuş böyük bir bölməsinin yerləşdirilməsi prosesi gedir”

“Amerika diviziyası sakit şəkildə Polşanın Rusiya ilə sərhədlərinin yaxınlığına köçürülməkdədir”. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. Burada söhbət Boleslavit, Torun, Skvezhina, Çaqan və Dravsko-Pomorskie yaşayış məntəqələrinə yaxın yerləşdirilən zirehli nəqliyyat vasitələri ilə yanaşı 2-ci zirehli briqadadan gedir. Nazirlik rəsmisinin sözlərinə görə, hazırda Polşa ərazisində olan 3-cü zirehli briqadanın yerini 2-ci zirehli briqada tutmaqdadır: “ Bu briqadanın bütün avadanlıqlarının bu ərazidə qalacağı ehtimal edilir. Bununla yanaşı qeyd edilməlidir ki, 3-cü zirehli briqadanın heyətini 1997-ci ildə Rusiya ilə imzalanmış "NATO-Rusiya Qurucu Aktı"na əsasən, ABŞ Silahlı Qüvvələrinin 2-ci zirehli briqadasının hərbi qulluqçuları əvəz edəcəklər”. Konaşenkov deyib ki, hazırda Rusiya sərhədində, faktiki olaraq, bir briqadanın deyil, NATO-nun mexanizasiya olunmuş böyük bir bölməsinin yerləşdirilməsi prosesi gedir. Müdafiə Nazirliyinin nümayəndəsi, Rusiya ilə Belarusun birgə keçirdiyi "Qərb-2017" təlimləri Qərb mətbuatında gedən yazıların bu əməliyyatlar üçün “örtük” rolu oynadığını bildirib. Onun sözlərinə görə “rus təhlükəsi” barədə deyilən bütün ifadələr, 2-ci zirehli briqadanın bu ərazilərə köçürülməsini ört-basdır etmək üçün təşkil edilib. Federasiya Şurasının Beynəlxalq münasibətlər komitəsinin rəhbəri Konstantin Kosaçev bildirib Moskva Rusiya-Polşa sərhədinə 2-ci zirehli briqadanın yerləşdirilməsi ilə əlaqədar qarşı tərəfdən açıqlama gözləyir: “NATO hiyləsinin həyata keçməyəcəyi ilə bağlı xəbərdarlıq etmək istəyirəm. Biz Polşada davam edən belə təhlükəli addımlarla bağlı izahat istəyirik”. Xatırladaq ki, bu il sentyabrın 14-dən 20-dək Rusiya-Belarus təlimləri keçirilib. Bu təlimə, 12,7 min hərbi qulluqçu, 680 silah və hərbi texnika, təxminən 70 təyyarə və vertolyot, 10 gəmiyə qatılmışdı. Müdafiə naziri Sergey Şoyqunun bildirdiyinə görə, bu təlimləri 50 ölkənin 95-dən artıq nümayəndəsi izləyib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info