Yeni ictimai birlik fəaliyyətə başlayıb
Tarix: 13.10.2017 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Azərbaycanda aktiv ictimai fəaliyyətlə məşğul olmağı qarşısına məqsəd qoymuş daha bir yeni təşkilat yaradılıb. Bu yeni təşkilatın adı isə "Sabaha İnam" İctimai Birliyidir. İctimai birliyin sədri Vüsal Əliyev, təsisçilər isə Qüdrət Əliyev və Bəxtiyar Nəsirovdur. Bununla bağlı Azərbaycan Milli QHT Forumunun binasında "Sabaha İnam" Sosial İnkişaf İctimai Birliyinin təqdimatı olub.
Təşkilatın sədri Vüsal Əliyevin sözlərinə görə, birliyin məqsədi əhalinin, xüsusilə qaçqın və məcburi köçkünlərin sosial inkişafına kömək etməkdən, bir sıra məsələlərdə maarifləndirmə işlərinin aparılmasından ibarətdir. O bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, bu istiqamətdə gənclərimizə də dəstək olsun.
Tədbirdə bildirilib ki, yeni birliyin əsas məqsədi və hədəfi Azərbaycanda yaşayan həssas qrupların, aztəminatlı ailələrin, kimsəsiz uşaqların, qaçqın və məcburi köçkünlərin problemlərinin həllində, sosial inkişafının təmin edilməsində aktiv iştirak etmək və həmçinin də turizm, təhsil, kənd təsərrüfatı kimi sosial əhəmiyyətliliyi böyük olan digər sahələrdə təşviq edici bütün layihələrdə rol almaqdır, həmçinin gənclərin müasir texnologiyalardan istifadə imkanlarının genişlənməsinə yardım etməkdir.
Tədbirdə qeyd olunub ki, "Sabaha İnam" Sosial İnkişaf İctimai Birlik iyun ayında Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
O da bildirilib ki, “Sabaha İnam” Sosial İnkişaf İB gənc və potensial vəd edən ictimai aktivliyi olanları öz ətrafına toplaya bilib. Çıxış edənlər bildiriblər ki, istər təsisçilər, sədr və istərsə də idarə heyətinin üzvləri olaraq cavan bir heyətdən ibarətdir. Təhsil və sosial fəaliyyətlərlə bağlı təcrübəsi çox olan bu insanların rəhbərliyi altında təşkilatın gələcəyi dinamik və enerjili fəaliyyət vəd edir. O da qeyd olunub ki, artıq bir neçə sosial layihənin həyata keçirilməsi planlaşdırılır. Təşkilat üzvləri ilkin olaraq öz hesablarına bəzi layihələri həyata keçirməyə hazırlaşırlar.


Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info