Naxçıvanda seminar təşkil olunub
Tarix: 13.10.2017 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasında 52 dövlət orqanı nümayəndəsinin iştirakı ilə “Dövlət orqanlarında əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda seminar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, komissiyanın sədri İsmayıl Qəribli çıxışında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun inzibati vəzifə tutan dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri nizama saldığını bildirib. Qeyd edib ki, yardımçı vəzifə tutan dövlət qulluqçularının əmək münasibətləri həmin qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Mövcud qanunvericiliyin düzgün tətbiq olunması üçün mütəmadi olaraq seminarlar təşkil edilir. Lakin bəzi hallarda qanunvericiliyin, xüsusən də əmək münasibətlərini tənzimləyən normaların pozulması halları müşahidə olunur ki, bu da dövlət orqanlarının qərarlarının ləğv olunması və məhkəmə çəkişmələri ilə nəticələnir. Seminarın məqsədi də dövlət orqanlarında əmək münasibətlərinin tənzimlənməsi qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılması və tətbiqinin təmin edilməsidir.
Sonra Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin sədri Hicran Muradov “İnzibati icraat haqqında” Qanunun və əmək qanunvericiliyinin dövlət orqanlarında tətbiqi zamanı yaranan problemlər” mövzusunda çıxış edərək deyib ki, ölkəmizdə həyata keçirilən hüquqi islahatların davamı olaraq “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu və İnzibati Prosessual Məcəlləsi qəbul edilib.
Hicran Muradov məhkəmə təcrübəsində sözügedən qanunların tətbiqi zamanı yaranmış problemlərdən danışıb, dövlət orqanları tərəfindən vətəndaşların müraciətlərinə baxılması, dövlət qulluğuna xitam verilməsi, intizam tənbehlərinin tətbiq edilməsi zamanı buraxılmış nöqsanlardan, həmçinin qanunda nəzərdə tutulmuş inzibati orqanların və onların vəzifəli şəxslərinin məsuliyyət daşıması məsələlərindən söhbət açıb. İnzibati-İqtisadi Məhkəmənin sədri mövcud qanunvericiliyin tələblərini seminar iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışlardan sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ölkə ərazisində hava şəraiti dəyişəcək, yağış və qar yağacaq
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info