“9 ayda 5 rayonda 2,5 min nəfər işsiz və işaxtaranın məşğulluğu təmin olunub”
Tarix: 13.10.2017 | Saat: 19:32:00 | E-mail | Çapa göndər


Səlim Müslümov: “Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Göyçay rayonlarında 11 ev inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib daha 15 ev isə tikilir”

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda həmin rayonun və Şamaxı, Qobustan, İsmayıllı, Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. 
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə (bu və ya digər sosial təminat növünə hüququn müəyyən olunması, münasib iş yeri ilə təmin olunmağa və özünüməşğulluq fəaliyyətinin qurulmasına köməklik göstərilməsi, əlilliyi olan şəxslərin bərpa müalicəsinə cəlb edilməsi, imtiyazlı şəxslərin mənzillə təminatı, əmək hüquqlarının müdafiəsi, sığorta və pensiya münasibətləri və s.) bağlı müraciətləri nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb.
S.Müslümov vətəndaşlarla görüşündə Prezident İlham Əliyevin tapşırıqları əsasında aparılan islahatların ölkədə müasir əsaslar üzərində şəffaf və etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaratdığını, bütün sosial proqramların davam etdirildiyini vurğulayıb. Regional inkişaf proqramlarının Ağsu, Şamaxı, Qobustan, İsmayıllı, Göyçay rayonlarının həyatında da yeni inkişaf mərhələsi açdığını qeyd edən nazir bölgədə elektrik enerjisi ilə təminatın, qazlaşdırmanın, müasir standartlara uyğun səhiyyə və təhsil ocaqlarının, Olimpiya İdman Komplekslərinin, yeni yolların tikintisinin, içməli su layihələrinin uğurla həyata keçirildiyini bildirib: “Ötən həftə Prezidentin Qobustan və Şamaxı rayonlarına səfəri hər iki rayonda təmiz içməli su ilə təminat, yeni və rahat yolların, o cümlədən Aran iqtisadi rayonu ilə Dağlıq Şirvan iqtisadi rayonu arasında yeni avtomobil yolu əlaqəsi yaradan 53 kilometrlik Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun istifadəyə verilməsi və s. kimi bölgənin sosial-iqtisadi inkişafına xidmət edən növbəti əlamətdar tədbirlərlə yadda qaldı”. 
Aqrar inkişaf proqramlarının bu regionu də əhatə etdiyini vurğulayan S.Müslümov diqqətə çatdırıb ki, bölgədəki iqtisadi proseslər yeni müəssisələrin, əmək tutumlu sahələrin yaradılmasına, işgüzar fəallığın yüksəlməsinə, mövcud əmək ehtiyatlarının məşğulluğuna geniş şərait yaradıb: “Ölkə üzrə yaradılmış 37 aqroparkın 3-ü məhz Şamaxı rayonunda fəaliyyət göstərir. Bölgədə ənənəvi kənd təsərrüfatı sahələrində (pambıqçılıq, üzümçülük, baramaçılıq, çəltikçilik, arıçılıq, tütünçülük, heyvandarlıq və s.) inkişaf dinamikası ildən-ildən güclənir. Məsələn, bu ilki mövsümdə Ağsuda 2500 hektarda pambıq yetişdirilib ki, bu göstərici ötən ildəkindən iki dəfə çoxdur. Kartofçuluq Ağsuda qeyri-ənənəvi sahə olsa da, bu il rayonda kartof əkini sahələri 168 hektara çatdırılıb və həmin sahələrdən ötən ildəkindən daha çox məhsul götürülüb. Yaxud Şamaxıda üzümçülük sürətlə bərpa olunur və həmin rayonda üzüm bağlarının sahəsi artıq 1650 hektara çatdırılıb. Qobustan, İsmayıllı, Göyçay rayonlarında da ənənəvi aqrar sektorlar inkişaf etdirilir. Eləcə də bu bölgədəki qədim mədəniyyət abidələri, gözəl təbiət turizm infrastrukturunun inkişafına imkan verib”. 
Qəbul zamanı sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib, bərpa müalicəsinə ehtiyac duyan şəxslər nazirliyin reabilitasiya müəssisələrinə qəbul edilmələri üçün qeydiyyata alınıb. Müraciətlərinə əsasən, ayrı-ayrı şəxslərə münasib iş yeri ilə təmin olunmaları üçün vakant iş yerlərinə göndərişlər verilib, bir sıra işsiz və işaxtaran vətəndaşların mövcud potensialları əsas götürülməklə özünüməşğulluq proqramına cəlb olunmaları qərara alınıb. 
S.Müslümov bidirib ki, cari ilin 9 ayında məşğulluq orqanlarının xətti ilə bu 5 rayonda 2,5 min nəfərə yaxın işsiz və işaxtaran şəxsin məşğulluğu təmin olunub, həmin dövrdə nazirliyin Göyçay rayonundakı Regional Peşə Tədris Mərkəzində Göyçay və ətraf rayonlardan olan 600 nəfərə qədər şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Son illərdə Mərkəzdə əsaslı təmir və yenidənqurma işləri aparılıb, ayrı-ayrı peşələrin təlimi üçün sinif otaqları və emalatxanaların sayı artırılıb, Mərkəz lazımi texniki və tədris vəsaitləri ilə təmin edilib: “Özünməşğulluq proqramı çərçivəsində Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Göyçay rayonlarında da 61 nəfərə özünüməşğulluq fəaliyyətini təşkil etmələri və kiçik ailə biznesini qurmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib. Bu proqramdan əvvəlki dövrdə isə iki pilot layihə üzrə Şamaxı və Göyçay rayonlarında 32 nəfərin özünüməşğulluğu təmin olunmuşdu. Gələn ilin əvvəlindən işsizlikdən sığorta sisteminin yaratdığı maliyyə imkanları hesabına bütün respublikada olduğu kimi, bu bölgədə də özünüməşğulluq proqramına cəlb edilənlərin sayı dəfələrlə artacaq”. 
S.Müslümov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamının icrası çərçivəsində Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Göyçay rayonlarında 11 fərdi ev inşa olunaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib: “Bu rayonlarda daha 15 fərdi ev də tikilir, onlardan 7 evin inşası yaxın günlərdə yekunlaşacaq və istifadəyə veriləcək. Hazırda Şamaxı rayonunda qeyd olunan təbəqələrə aid vətəndaşlar üçün 36 mənzilli yaşayış binasının inşası da yekunlaşır”. 
Vətəndaşlar ölkədə sosial rifah halının yaxşılaşdırılması, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, əhalinin məşğulluq imkanlarının artırılması məqsədilə aparılan ardıcıl işlərə, respublikanın regionlarında, o cümlədən Dağlıq Şirvan iqtisadi rayonunda mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə görə n Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlər üzrə müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info