Bərdədə kənd təsərrüfatı məhsulları istehsalı 12,4 faiz artıb
Tarix: 13.10.2017 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Bərdə rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artım dinamikası əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də davam edib. Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov bildirib ki, ilin doqquz ayında rayonda 149,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çoxdur. İstehsal olunan məhsulun 94,5 milyon manatı heyvandarlıq, 55,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Təsərrüfatlarda 96 min 611 baş iribuynuzlu mal-qara, o cümlədən 43 min 520 baş inək və camış, 144 min 563 baş qoyun və keçi olub. 2016-cı il eyni dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 2 faiz, o cümlədən inək və camışların sayı 1,3 faiz, qoyun və keçilərin sayı 1,3 faiz artıb. İlin doqquz ayında rayon üzrə diri çəkidə 15 min 314 ton mal-qara və quş əti, 58 min 524 ton süd, 26,2 milyon ədəd yumurta istehsal edilib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,4 faiz, süd istehsalı 4,1 faiz, yumurta istehsalı 3,4 faiz artıb.
Rayonun torpaq mülkiyyətçiləri dənli və dənli paxlalıların yığımını əsasən başa çatdırıblar. 13 min 980 hektar sahədən 53 min 506,3 ton taxıl məhsulu götürülüb. Hər hektardan məhsuldarlıq orta hesabla 38,3 sentner təşkil edib. Bundan başqa 1672,5 ton qarğıdalı, 1991 kartof, 37 min 500 ton tərəvəz, 28 min 200,3 ton bostan məhsulları, 550,6 ton dən üçün günəbaxan, 12 min 777 ton şəkər çuğunduru, 7261 ton meyvə istehsal olunub. Hazırda pambıq, şəkər çuğunduru, meyvə yığımı davam edir.
Fermerlər 2018-ci ilin məhsulu üçün əkin-səpin işlərini də davam etdirirlər. Cari ilin payızlıq əkinləri üçün 6425 hektar sahədə şum qaldırılıb, gələn ilin məhsulu üçün 195 hektar sahədə payızlıqlar səpilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Şamaxıda Nəsiminin 650 illiyinə həsr olunmuş elmi sessiya
23.06.2019
Sabah bəzi bölgələrdə 40 dərəcə isti olacaq
23.06.2019
BMT Baş katibinin müavini “ASAN xidmət” mərkəzində olub
23.06.2019
Sabahın hava proqnozu açıqlanıb
22.06.2019
Muxtar respublikada bank sektoru uğurlu nəticələr əldə edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info