“Zavod və fabriklərin rayonlarda da açılması universitetlərin məsuliyyətini daha da artırır”
Tarix: 13.10.2017 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Universitet–İş dünyası əlaqələrinə önəm verən Bakı Mühəndislik Universitetində daha bir görüş keçirilib. Sumqayıt Texnologiyalar Parkının baş direktoru Emin Məmmədov, Peşəkar İnkişaf Mərkəzinin direktoru Abbas Abbasov, Peşəkar İnkişaf Mərkəzinin direktor müavini Fərəc Əsədullayevi universitetin rektoru, professor Havar Məmmədov qəbul edib. Rektor şirkət nümayəndələrinə gənc universitetin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, müasir tələblərə uyğun mühəndislik ixtisasları açılıb, tədris müasir tələblərə və standartlara uyğun təşkil olunub: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən dinamik inkişaf , müasir texnologiyalarla təchiz olunmuş zavod və fabriklərin nəinki Bakıda eləcə də rayonlarda açılması universitetlərin məsuliyyətini daha da artırır. Çünki, yeni açılan zavodların daha səmərəli fəaliyyəti üçün bilikli, müasir texnologiyaları mənimsəyən kadrlar lazımdır. Bu kadrların hazırlanmasını da universitet və şirkətlərin əməkdaşlığı ilə yetişdirmək mümkündür. Bakı Mühəndislik Universitetinin gənc və savadlı kadr potensialı var. Bu auditoriyanı, nəzəri hissəni əhatə edir. Yüksək səviyyəli kadrlar nəzəriyyə ilə yanaşı təcrübəsi də olanlar hesab olunur. Universitetin tərkibində müasir laboratoriyalar quraşdırılıb, texnoparkımız var, amma tələbələrin istehsalatı canlı görmələri tamamilə fərqlidir. Həm də tələbələrin istehsalatı görmələri onların dərsə həvəsini daha da artırır. Yaxşı mütəxəssis olmaq üçün tələbələr arasında rəqabətə gətirib çıxarır. Bu universitetdə müəllim-tələbə münasibəti və tələbələrin dərsə yanaşmaları yüksək səviyyədədir. Bunun üçün də biz dövlət və özəl şirkətlərlə əməkdaşlığımızı inkişaf etdirməyə maraqlıyıq.
Universitetin maddi-texniki bazası ilə tanış olduqlarını qeyd edən STP Baş direktoru Emin Məmmədov səmimi qəbula görə təşəkkür edib. Təmsil etdiyi şirkətin tərkibində 14 zavodun fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, istehsalat çox mürəkkəb sahədir. Çünki burada savadlı mühəndislərə çox ehtiyac var. Ümumiyyətlə dünyada gənclər mühəndisliyə meyilli olmurlar, əsasən iqtisadiyyat və humanitar sahələrdə təhsil almağı seçirlər. Azərbaycanda isə bu sahəyə olan dövlət dəstəyi gənclərin mühəndislik ixtisasını seçməsinə stimul olur. Çünki onlar düşünürlər ki, təhsillərini başa vurduqdan sonra işsiz qalmayacaqlar. Amma bu gün şirkətlər əsasən mütəxəssis baxımından əziyyət çəkirlər. Bizim şirkət bir çox layihələr həyata keçirir. Ancaq yerli mütəxəssis olmadığından məcbur qalıb xaricdən dəvət edirik. Bu isə müvəqqətidir, çıxış yolu deyil: “Hörmətli rektor sizin də dediyiniz kimi biz də çıxış yolunu universitetlə əməkdaşlıqda görürük. Bu gün burada gördüklərimiz bizim doğru istiqamət seçdiyimizi təsdiqlədi. Xüsusən Texnopark bizə çox maraqlı gəldi. Ümid edirəm ki, birlikdə bu problemin həlli istiqamətində uğurlu işlər görəcəyik”.
Qeyd edək ki, görüşü BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Departamenti təşkil edib. Departamentin direktoru Təyyar Mustafayev qonaqları universitetin maddi-texniki bazası ilə tanış edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info