ADNSU-da multikulturalizmə həsr olunan tədbir keçirilib
Tarix: 13.10.2017 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Oktyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Müasir qadın və cəmiyyət” İB-nin təşkilatçılığı ilə “Azərbaycanın dünya mədəniyyət sivilizasiyasına verdiyi töhfələr, multikultural dəyərlər” mövzusunda tədbir keçirilib. Bu haqda universitetdən redaksiyamıza məlumat verilib. Tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, İB-in sədri Fidan Maqsudova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Elsevər Səmədov, DAHAİ icmasının rəhbəri Ramazan Əsgərov, Talış icmasının rəhbəri professor İmamverdi Həmidov və tələbələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADNSU-nun prorektoru, dosent A.Babayev multikultural dəyərlərin təbliğindən və bu sahədə görülən işlərin əhəmiyyətindən söz açıb. Daha sonra iştirakçılar “Multikulturalizm Azərbaycanın Dövlət siyasəti, cəmiyyətimizin həyat tərzidir”, “Azərbaycanda multikultural dəyərlər”, “İslam həmrəyliyi-Azərbaycan nümunəsi” mövzularında çıxış ediblər.
Qeyd edək ki, tədbir ölkəmizin milli maraqlarını, multikultural dəyərlərini, tolerantlığını və islam həmrəyliyini xarici ölkələrdə təbliğ etmək, islamafobiya meyillərinin qarşısının alınmasına dəstək olmaqdır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info