Erməni əsgər anaları aksiya keçiriblər
Tarix: 13.10.2017 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


“Müdafiə naziri Viqen Sarkisyan orduda yaranan intizamsızlığa, əsgərlərin döyülməsinə, alçaldılmasına, qətlə yetirilməsinə göz yumur”

Ermənistanda ictimai-siyasi həyat yenə çalxalanır. Ermənilər ölkədəki ağır yaşam tərzinin əsas səbəbkarı kimi, yenə də prezident Serj Sərkisyanı görürlər. Bu günlərdə Sərkisyanın iqamətgahı qarşısında qeyri-döyüş şəraitində ölən erməni əsgər analarının növbəti etiraz aksiyası keçirilib.
Onlar “Birinci informasiya” saytına bildiriblər ki, müdafiə naziri Vigen Sarkisyan övladlarını qeyri-döyüş şəraitində itirmiş erməni analarına hörmət etmir. “Əgər Müdafiə Nazirliyi bu illər ərzində bizim bu qayğılarımıza hər hansı bir münasibət nümayiş etdirsəydi, ölkədəki prokurorluq, hüquq-mühafizə orqanları və məhkəmələr övladlarımızın qətl hadisələrini üzə çıxarardı”- deyə əsgər anaları sayta bildiriblər. Onların fikrincə, müdafiə naziri Viqen Sarkisyan orduda yaranan intizamsızlığa, əsgərlərin döyülməsinə, alçaldılmasına, qətlə yetirilməsinə göz yumur. Analar “Birinci informasiya” saytına bildiriblər ki, nazir, oğullarını itirmiş analarla necə söhbət edəcəyini belə, bacarmır: “O, sadəcə, boş vədlər verir”.

“Əgər mənim övladımda belə bir xəstəlik vardısa, niyə onu orduya çağırırdınız?”

Övladı həlak olmuş erməni analarından birinin sözlərinə görə, Viqen Sarkisyan dinc şəraitdə həyatını itirmiş oğlunun işinin araşdırılacağını bildirsə də, heç bir addım atılmayıb. Bu iş artıq yeddi ildən çoxdur ki, açılmamış qalır. Başqa bir qadının sözlərinə görə, onu dinləyən müdafiə naziri, bir müddət sonra oğlunun ölüm səbəbini beyin şişi ilə əlaqələndirib. Erməni anası sual edir: “Əgər mənim övladımda beyin şişi vardısa, bunu məhkəmə həkimi də qeyd etməli idi. Bundan başqa, mən soruşmaq istəyirəm: əgər mənim övladımda belə bir xəstəlik vardısa, niyə onu orduya çağırırdınız? Maraqlıdır ki, nazir bütün işlərin açılmasına kömək etmək iqtidarında olmadığını elə özü etiraf edir. Axı Viqen Sarkisyan necə müdafiə naziridir ki, belə hallarda analara yardım göstərmək səlahiyyətində deyil. Orduya yardım adı altında hər kəsdən 1000 dram alan müdafiə nazirinin yadına mənə kömək etmək düşmür. O, özü heç vaxt hərbi xidmətdə olmayıb. Mən bunu ona deyəndə, o, “necə yənı xidmət etməmişəm” deyə mənə bozarmış sifətini göstərdi. Elə davranırlar ki, sanki övladlarını itirmiş əsgər anaları Viqen Sarkisyandan üzr istəməlidir”- deyə erməni qadın istehza ilə bildirib. Qeyd edək ki, övladlarını itirən erməni qadınlar övladlarının Dağlıq Qarabağda hərbi xidmət keçməsinin qanunsuz olduğunu bildirirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info