NATO baş katibi KXDR-ə hərbi müdaxilənin əleyhinədir
Tarix: 13.10.2017 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Koreya yarımadasında böhranın nizamlanmasının güc variantı qəbulolunmazdır. TASS agentliyi xəbər verir ki, bu fikirdə olan Stoltenberq KXDR-ə hərbi müdaxilənin dağıdıcı nəticələrə gətirib çıxara biləcəyini bildirib. “ABŞ-ın özünümüdafiə və öz müttəfiqlərini qorumaq hüququ var. Amma mən tam əminəm ki, heç kim məsələnin hərbi yolla həllini istəmir”, - baş katib ABŞ Prezidenti Donald Trampın Şimali Koreya və onun nüvə proqramı əleyhinə hücum xarakterli bəyanatlarına münasibəti barədə sualı cavablandırarkən belə deyib.
Donald Trampın fikrincə, ABŞ-ın KXDR-lə münasibətləri yoluna qoymaq istiqamətində son 25 ildə yürütdüyü siyasət heç bir nəticə verməyib. Oktyabrın 1-də prezident öz “Twitter” hesabında faktiki olaraq Vaşinqton və Pxenyan arasında dialoq qurulması cəhdlərinə qarşı çıxıb və Dövlət Departamentinin başçısı Reks Tillersona tövsiyə edib ki, bu məsələdə səy göstərməyə vaxt itirməsin.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Avstraliyadakı quraqlıq uşaqların psixi inkişafına mənfi təsir göstərir
20.02.2019
Hindistan da “Kalaşnikov“ buraxacaq
19.02.2019
İtaliyanın keçmiş baş nazirinin valideynləri ev dustaqlığına məhkum olunublar
19.02.2019
Çin kosmosda günəş elektrostansiyası tikəcək
19.02.2019
Binəli Yıldırım istefaya gedib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info