“İslam həmrəyliyi: Azərbaycan örnəyi“ adlı konfrans keçirilib
Tarix: 13.10.2017 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Milix Yevdayev:
“Son günlərdə Avropa Şurası öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "İslam həmrəyliyi: Azərbaycan örnəyi" adlı konfrans keçirilib.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov bildirib ki, konfrans "İslam Həmrəliyi İli" çərçivəsində təsdiqlənmiş Tədbir Planına uyğun olaraq keçirilir.
G. İsmayılov deyib ki, konfransın adı təsadüfi seçilməyib: "Biz islam həmrəliyinin Azərbaycan nümunəsinin, modelinin konkret detallarına qədər işlənmiş və artıq təqdim olunmuş model olduğunu düşünürük. Hesab edirik ki, Azərbaycanın islam həmrəyliyi modeli bütün islam dünyasına dəyərli töhfəmizdir. Bugünkü konfransın iştirakçıları da həmin modelin vizual bir görüntüsüdür. Bir məqamı da deyim. Azərbaycanda dini konfessiyalar müstəqildir. Amma bütün dini konfessiyalar bir ağsaqqal kimi Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin ətrafında birləşir. Bunun özü də həmrəyliyin bir vizual görüntüsüdür".
Dövlət Komitəsinin sədr müavini xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə imzaladığı fərmanla Mədəni Dəyərlərin Təbliği Fondu yaradılıb: "Bu, Prezidentin mədəni dəyərlərimizə diqqətinin təzahürüdür. Cəmiyyətdə gedən müzakirələr də göstərir ki, bu Fondun yaradılması yüksək qiymətləndirilir. Mənəvi dəyərlərin təbliği Heydər Əliyev siyasətində önəmli yer tutub və bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Fondun fəaliyyəti ilə bağlı yaxın vaxtlarda konfrans keçiriləcək. Hazırda prezidentin tapşırığı ilə Fondun formalaşması istiqamətində iş aparılır".
Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova mövzu ilə bağlı təqdimatla çıxış edib.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev insanı əməllərinin yaşatdığını söyləyib: "Biz Azərbaycan torpağında uzun əsrlərdir yaşayırıqsa, bu xalqla qardaşlaşmışıqsa, bu torpağın çörəyini yeyib, suyunu içiriksə, bura bizim vətənimizdir. Atalar deyirlər ki, evində xoşbəxt olan insan xoşbəxtdir. Azərbaycan da bizim evimizdir”.
M. Yevdayev Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə sinaqoq inşa olunduğunu söyləyib: "Bu sinaqoqun fəaliyyətinin təmin edilməsi üçün maliyyə yardımı da ayrıldı. Bunu mən İsrail Knessetində dedim. Onlardan biri mənə yaxınlaşdı ki, bu sözü burada çox demə, çünki burada nə dövlət hesabına sinaqoq tikilir, nə də fəaliyyətinin təmini üçün maliyyə yardımı ayrılır. Son günlərdə Avropa Şurası öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. O qədər İspaniyanı dağıdırsınız, digər tərəfdən də Yaxın Şərq baharı deyilən bir bəla var, sona çatmır. Bunları görməyib, nədən danışırsınız? Biz xaricdə də oluruq, inanın ki, buradan yaxşı yer yoxdur. Allah Azərbaycanı şər qüvvələrdən hifz etsin".
Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin müdiri Aqil Şirinov İslamın insanları qardaşlığa, həmrəyliyə dəvət etdiyini vurğulayıb. Roma Katolik Kilsəsinin Apostol Prefekturasının ordinarisi Vladimir Fekete Azərbaycanda dini həmrəyliyi qorumağın vacib olduğunu diqqətə çatdırıb. Tədbir çıxışlarla davam edib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info