SOCAR istiqrazı sahiblərinin qazancı 5 milyon dollara çatıb
Tarix: 16.10.2017 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Azərbaycanda ən populyar qiymətli kağız olan SOCAR istiqrazları üzrə növbəti faiz ödənişi həyata keçiriləcək.

“SOCAR Capital” şirkətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 17-də SOCAR istiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait ödəniləcək.

“Faiz ödənişi üçün tələb olunan vəsait artıq Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb. Oktyabrın 17-də həmin vəsaitlər istiqraz sahiblərinin bank hesablarında olacaq və onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər”, - deyə şirkətdən bildirilib.

Daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin sentyabr ayında 100 milyon ABŞ dollar həcmində buraxılıb. Oktyabr ayının 17-dən isə SOCAR istiqrazlarının təkrar bazarda dövriyyəsinə başlanılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan SOCAR istiqrazlarının hər birinin illik gəlirliliyi 5 faiz və ya ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri 3 aydan bir olmaqla, ildə 4 dəfə həyata keçirilir.

Bu, SOCAR istiqrazları üzrə sayca dördüncü faiz ödənişidir. Əvvəlki faiz ödənişləri yanvarın 17-si, aprelin 17-si və iyulun 17-si tarixlərində baş tutub. Oktyabrın 17-də həyata keçiriləcək faiz ödənişini də nəzərə aldıqda, SOCAR İstiqrazlarının sahibləri indiyədək 5 milyon dollar qazanmış olacaqlar.

Bununla da, SOCAR istiqrazlarının 5 il ərzində gətirəcəyi 25 milyon dollarlıq qazancın ilk 5 milyonu oktyabrın 17-si tarixində artıq istiqraz sahiblərinin hesabında olacaq.

SOCAR istiqrazları üzrə əməliyyatların şəffaflığı və rahatlığı, eləcə də, faiz ödənişlərinin qrafikə uyğun aparılması nəticəsində əhali və hüquqi şəxslər tərəfindən istiqrazlara böyük maraq formalaşıb. Olduqca sərfəli şərtləri və yüksək gəlirliliyi nəticəsində SOCAR istiqrazları dövriyyədə olduğu bir il ərzində Azərbaycanın kütləvi olaraq alınıb-satılan ilk qiymətli kağızına çevrilib. Hazırda istiqrazlar ölkənin fond bazarında həm əhali, həm də şirkət və təşkilatlar tərəfindən ən çox alınan qiymətli kağızlardır. Fiziki şəxslərlə yanaşı, özəl şirkətlər də vəsaitlərini SOCAR istiqrazlarında saxlamağa üstünlük verirlər.

SOCAR istiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1000 dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür. Bu, təkcə Azərbaycanda deyil, bütün regionda qiymətli kağızlar üçün tətbiq edilən ən əlverişli şərtlər sayılır. Bu xüsusiyyətlərlə SOCAR istiqrazları hazırda ölkədə ən əlverişli və sərfəli investisiya alətinə çevrilib.

İstiqrazların buraxılmasında məqsəd əhalinin istifadəsiz saxladığı vəsaitləri iqtisadiyyata, o cümlədən SOCAR-ın həyata keçirdiyi layihələrə cəlb etmək, gəlirləri birbaşa əhali ilə bölüşmək və qiymətli kağızlar bazarının inkişafına dəstək olmaqdır. İstiqraz buraxılışından əldə olunan vəsaitlər şirkətin maliyyələşmə imkanlarının şaxələndirilməsi, xaricə faiz ödənişlərinin azaldılması və faizlərin xaricə deyil, ölkə daxilinə, ölkə vətəndaşlarına ödənilməsi üçün istifadə edilib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info