Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
Tarix: 16.10.2017 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Bolqarıstanda keçirilən Veteranların güləş üzrə Dünya Çempionatında Özbəkistanda yaşayan azərbaycanlı güləşçi Mais İbadov dünya çempionu olub. Mais İbadov bu yarışda finala kimi Almaniya, Moldova və Bolqarıstan güləşçilərini məğlub edib. Finalda isə İran güləşçisinə böyük hesabla qələbə çalaraq veteranlar arasında 3-cü dəfə dünya çempionu adını qazanıb.
Mais İbadov öz qələbə sevincini bizimlə bölüşüb: “Mən bu yarışa ötən ilin noyabrından hazırlaşmağa başlamışdım. Hədəfim çempion olmaq idi. Şükürlər olsun ki, məqsədimə çatdım: Azərbaycanın bayrağını qaldırdım, himnimiz səsləndirildi. Bundan böyük xoşbəxtlik yoxdur. Özbəkistandakı soydaşlarımız mənə inanırdılar. Mən də soydaşlarımzın inamını doğrultdum. Mən hər zaman Azərbaycanının bayrağını qaldırmışam. Azərbaycanla yaşayıram və nəfəs alıram. Bu gün Azərbaycan güclü dövlətdir və dünyada tanınır. İnanıram ki, diasporun dəstəyilə gələcəkdə Özbəkistanda, eləcə də dünyanın digər ölkələrində güclü idmançılarımızın sayı daha çox olacaq”.
3 qat dünya çempionu ona bu yarışa hazırlaşmaqda və getməkdə dəstək göstərənlərə minnətdarlığını bildirib: “Bir ilə yaxın idi ki, məni bu yarışa Özbəkistanda Koldaş Asrakulov hazırlaşdırırdı. Eyni zamanda Azərbaycanda sərbəst güləş üzrə idmançımız Elman Əsgərovla da daim əlaqə saxlayıb fikir və təcrübələrindən yararlanırdım. Hər iki idmançıya öz minnətdarlığımı bildirirəm. Ayrıca Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və səfirliyin işçilərinə təşəkkür edirəm. Səfir Hüseyn Quliyev həmişə hər hansı yarışa hazırlaşanda mənimlə maraqlanıb. Səfirimizin mənəvi dəstəyini hər zaman hiss etmişəm. O, bir böyük, ağsaqqal kimi hər zaman bizə diqqət göstərib”.
Mais İbadov Azərbaycan Güləş Federasiyasının ona göstərdiyi diqqəti xüsusi dəyərləndirdi: “AGF həmişə mənə dayaq olub. Əvvəlki kimi, bu yarışda da dəvətnamə və sənədləşmə işində AGF öz dəstəyini əsirgəmədi. Bu dəstəyə görə AGF-nin prezidenti Fazil Məmmədova, I vitse-prezident Namiq Əliyevə, idman şöbəsinin müdiri Orxan Məmmədova və digərlərinə öz minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, Mais İbadov 1994-cü ildən Özbəkistanda yaşayır. Güləş üzrə Azərbaycan, SSRİ və Asiya çempionu olub. Beynəlxalq klassifikasiyalı idman ustasıdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb
17.09.2018
Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info