“Türkiyə hökuməti Azərbaycan ictimaiyyətinin tələbinə biganə yanaşmamalıdır”
Tarix: 16.10.2017 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


"Hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətlərini arzuolunmaz məcraya yönəldən bu halların xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti Azərbaycanın dünya birliyi tərəfindən tanınmış dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquq çərçivəsində iş başlatmalıdır".
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Onun sözlərinə görə, Türkiyə vətəndaşları Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlunun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər etmələrinin, TBMM üzvü, erməni mənşəli millət vəkili Karo Paylanın Ermənistana tez-tez səfərlər edərək prezident Serj Sarkisyanla "Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün apardığı danışıqların", Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı aparılan müzakirələrdə TBMM-in CHP-dən olan deputatlarının - Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsicinin Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı tənqidi hesabat üzrə qətnamənin lehinə səs vermələrinin atxasında bir neçə məqsəd güdülür və bu davranışlara daha geniş baxılması zəruridir.
Deputat hesab edir ki, həmin təzahürlərin görünən və pərdəarxasında gizlənən çoxlu tərəfləri var: " Bu davranışların hamısı birlikdə ilk növbədə, Azərbaycan-Türkiyə münasibətlərini pozmağa yönəlib. İkincisi, Türkiyə daxilində Rəcəb Tayyib Ərdoğan hakimiyyətini gözdən düşürməyə çalışan dairələrin planlarının tərkib hissəsidir. Layihəni planlayıb həyata keçirənlər yaxşı başa düşürlər ki, türk hökuməti vətəndaşları olan həmin şəxsləri Türkiyə qanunları ilə tutub Azərbaycana təhvil verə bilməz. Bu da iki ölkə arasında münasibətləri zədələyəcək və mövcud hakimiyyəti ictimai rəydə gözdən düşürəcək. Planın müəllifləri bu iş üçün seçdikləri şəxslərin kimliyini, siyasi mövqelərini də dərindən nəzərə alıblar. Həmin şəxslər türk kimliyi şübhə doğuran, sonradan islamı qəbul etmiş şəxslərin törəmələri, Türkiyədə mövcud hakimiyyəti sevməyən və bölücülüyü təşviq edən adamlardır".
M.Qasımlı deyib ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə bu şəxslərin qanunsuz səfər etmələri özündə bir çox məsələləri birləşdirərək xoşagəlməz nəticələr doğurur. Onlar ilk növbədə, vətəndaşları olduqları Türkiyənin qəbul etdiyi və imzası olan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozublar.
M.Qasımlı deyib ki, Türkiyə öz imzasına hörmət edən bir dövlət olduğundan dövləti təmsil edən türk hökuməti qanun çərçivəsində davranmağa məhkumdur: "İkincisi, həmin şəxslər bu davranışları ilə Azərbaycan və Türkiyə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə zidd fəaliyyət göstəriblər. Deməli, türk ictimaiyyəti də onlara qarşı sərt mövqeyini ortaya qoymalıdır. Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edənlərin Türkiyə qəzet və saytlarına səfərləri və səfər təəssüratları haqqında geniş müsahibələr vermələri, televiziya proqramlarında nümayişkaranə şəkildə Qarabağ ermənilərinin qonaqpərvərliyindən, mövcud vəziyyətlərindən müsbət mənada danışmaları məlum dairələrin həmin planının düşünülmüş şəkildə həyata keçirildiyini bir daha təqdiq edir.
Lakin ən pis olan hal belə bir şəraitdə Türkiyə hökumətinin bu təzahürlərə qarşı münasibətdə seyrçi qalması və ciddi tədbir görməməsidir. Hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətlərini arzuolunmaz məcraya yönəldən bu halların xoşagəlməz nəticələrinin qarşısını almaq üçün Türkiyə hökuməti imzaladığı beynəlxalq sənədlərə hörmət etməli, Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınmış dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquq çərçivəsində iş başlatmalı və beləliklə, gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etmək istəyən digər vətəndaşlarını da belə qanunsuz addımlardan çəkindirməlidir. Qardaş türk xalqı və hökuməti unutmamalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman ölkəmizlə yanaşı Türkiyənin də maraqlarını ən üst səviyyədə qoruyub, dost və qardaş ölkənin əleyhinə səsləndirilən iddialara tutarlı cavablar verib. Buna dair çoxlu misallar gətirə bilərəm".
M.Qasımlı deyib ki, ölkəmizin tanınmış siyasi, ictimai və elm xadimləri də heç bir zaman Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayıblar. Türkiyə hökuməti və xalqı üçün həssas olan bütün məsələlərdə Azərbaycan öz dəstəyini heç bir zaman əsirgəməyib: "Bir azərbaycanlının olduğu elmi, siyasi və ictimai toplantılarda kimsə Türkiyənin və qardaş türk xalqının əleyhinə danışmağa cürət etməyib. Buna cəhd edənlər dərhal yerində oturdulub".
M.Qasımlı bildirib ki, Azərbaycan ictimaiyyətinin də Türkiyə hakimiyyətindən müvafiq mövqeni göstərməyi gözləməyə haqqı vardır. Türkiyə hökumətinin həm Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş vətəndaşları, həm də müstəqil olmalarına baxmayaraq, AŞPA-da Azərbaycanın əleyhinə səs vermiş millət vəkilləri barəsində müvafiq tədbirlər görməyəcəyi təqdirdə iki ölkə arasında münasibətlərin perspektivlərinə kölgə düşə bilər. Ölkələrimiz arasında münasibətləri xalqlarımız müəyyən etdiyi üçün qardaş türk xalqının öz qəti mövqeyini bildirməsi də təmənnəmizdir: "Hesab edirəm ki, Türkiyə hökuməti Azərbaycan ictimaiyyətinin həmin şəxslərin hüquqi qaydada məsuliyyətə cəlb edilməsi tələbinə biganə yanaşmamalı, iki qardaş ölkə arasında olan münasibətlərin ruhuna uyğun hərəkət etməlidir".




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
20.09.2018
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
20.09.2018
DTX erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv materiallarını yaydı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info