Qardaş Türkiyə Azərbaycanın tələbini niyə yerinə yetirməlidir?
Tarix: 16.10.2017 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Bu gün bölgədəki bütün üçtərəfli əməkdaşlıq mexanizmlərinin əsas oyunçuları Azərbaycan və Türkiyədir.
Bakı-Ankara münasibətləri iki dövlətin deyil, eyni zamanda bütün regionun rifahına xidmət edir. Azərbaycan və Türkiyə bölgədə stabillik və sülhün qarantıdır.
Lakin bütün bunlara baxmayaraq, hər zaman iki qardaş dövlətin münasibətlərinə xələl yetirmək istəyən qüvvələr olub və təəssüflər olsun ki, həmin qüvvələr bu gün fəaliyyətlərini davam etdirirlər.
Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlu kimi Türkiyə vətəndaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfərləri, eyni zamanda, HDP-li millət vəkili, erməni əsilli Türkiyə vətəndaşı Karo Paylanın Yerevan səfərini Azərbaycan-Türkiyə münasibətlərinə vurulan zərbə kimi qiymətləndirilməlidir.
Təəssüf olsun ki, indiyə kimi bu məsələ ilə bağlı Türkiyənin sadəcə iki dövlət qurumu - Xarici İşlər və Ədliyyə nazirlikləri açıqlama verib.
Amma "Uman yerdən küsərlər desək", - bu açıqlamalar Azərbaycan ictimaiyyətini razı sala bilməz.
Türkiyə XİN açıqlamasında ölkə vətəndaşlarının Dağlıq Qarabağa qeyri-qanun səfərinin rəsmi Ankaranın mövqeyini əks etdirmədiyini, Ədliyyə Nazirliyi isə məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.
Təbii ki, bu açıqlamalar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqlı olaraq həssas davranan Azərbaycan ictimaiyyətini qane edə bilməz.
Bəlli olmayan və qaranlıq qalan məqam isə odur ki, bu günə kimi U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu və E. Katırçıoğlunu Türkiyə tərəfi Azərbaycana təhvil verməyib.
Qardaş Türkiyə Azərbaycan tərəfinin narahatlığını və tələbini nəzərə almalıdır, ən azından ona görə ki, bu məsələyə biganə yanaşmaq, "Böyük Ermənistan" sevdası ilə alışıb-yananları ruhlandırır.
Digər bir tərəfdən, Azərbaycanın tələblərinə biganə yanaşmaq, "ASALA" terror təşkilatı tərəfindən qətlə yetirilən türk diplomatlarının, 1915-1918-ci illərdə məscidlərə yığılaraq yandırılan müsəlman türklərin, Çanaqqala savaşında canlarında keçən, Xocalıda vəhşicəsinə öldürülən insanların ruhuna hörmətsizlikdir.
İnanmaq istərdik ki, "Bir Millət, iki Dövlət" prinsipi üzərində qurulan əlaqələrin daha da möhkəmlənməsi üçün qardaş Türkiyə tərəfi Azərbaycanın haqlı mövqeyini nəzərə alacaq.
Qardaş ölkədə "Böyük Ermənistan" üçün can yandıran qüvvələrin fəaliyyətinə göz yumulsa, bu qüvvələr gələcəkdə əldə olan bütün fürsətlərdən istifadə edərək, Türkiyə-Azərbaycan münasibətlərinin korlanması üçün əllərindən gələni edəcəklər.
Rufiz Hafizoğlu




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info