Türkiyə hökumətinin biganəliyi: Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar
Tarix: 16.10.2017 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Türk yazarların işğal altında olan Azərbaycana qanunsuz səfər etməsi, sonra da separatçı rejimi və Ermənistanı təbliğ etməsinin ardından Türkiyə Parlamentinin bir qrup üzvü də AŞPA-da Azərbaycan əleyhinə qəbul edilən qətnaməni dəstəkləyiblər. Təbii ki bütün bunlar Azərbaycan ictimaiyyətini narahat etməyə bilməz. Əsas təəssüf doğuran məqam isə Türkiyə hökümətinin bütün bunlara biganə münasibətidir.
Türkiyə vətəndaşları olan bir qrup yazar beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın işğal olunmuş torpaqlarına qeyri qanuni səfər edir, separatçı rejimin rəhbərliyi ilə görüşür, Xocalı Soyqırımının əsas iştirakçısı olan Sarkisyanla bir araya gəlir və ölkələrinə qayıtdıqdan sonra isə ölkə mətbuatında erməni qonaqpərvərliyi haqqında ağzıdolu danışmağa başlayırlar. Beləcə açıq şəkildə ermənilərin təbliğatını aparırlar. Ən acıqnacaqlısı isə budur ki, bütün bunları Türkiyə höküməti görməzdən gəlir. Xarici işlər nazirliyinin sözçüsü, yaxud səfir səviyyəsində verilmiş yumşaq bir bəyanatla kifayətlənir. Bunu həmin şəxslərin, öz təşəbbüsü olması ilə izah etdir.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, birincisi hüquqi müstəvidə həmin şəxslər qanunu pozaraq işğal altında olan torpaqlara səfər ediblər. İkincisi isə bunu hər hansı bir ölkənin yox qardaş Türkiyənin vətəndaşları edir və buda məsələnin mənəvi tərəfidir. Azərbaycan ictimaiyyətini isə bu yazarların ermənipərəst mövqeyindən çox Türkiyə hökümətinin biganəliyi təssüfləndirir.
Türkiyə hökümətinin bu fakta hüquqi qiymət verməməsi, müvafiq addımları atmaması gələcəkdə də belə halların yaşanmasına şərait yaradır. Əgər məsələyə qarşı hökümət sərt tədbirlər görsəydi, Türkiyə ictimaiyyətində də həmin şəxslərə qarşı ciddi ictimai qınaq formalaşardı.
Bir digər maraqlı fakt da ondan ibarətdir ki, oktyabrın 11-də AŞPA-da Azərbaycan əleyhinə qəbul olunun qətnamələrə Dəniz Baykal başda olmaqla CHP-dən olan 4 deputat səs verib. Bunun da heç bir izahı yoxdur. Axı Azərbaycan Türkiyə münasibətləri hər zaman iqtidar müxalifət kimi daxili siyasi çəkişmələrin fövqündə dayanıb.
Azərbaycan isə həmişə beynəlxaq və milli məsələlərdə Türkiyəyə birmənalı dəstək verib. Bunu yaxın keçmişdə də kifayət qədər nümunələri var.
Bütün bunalrın müqabilində eyni həssaslığı Türkiyədən və xüsusi ilə də Türkiyədən gözləmək Azərbaycan xalqının və ictimaiyyətinin mənəvi haqqıdır. Burada isə əsas gözləntilər məhz Türkiyə hökumətindəndir. Məhz Türkiyə rəhbərliyi iki ölkə arasında olan qardaşlıq bağlarını zədələyə biləcək, münasibətlərə kölgə salacaq cəhdlərin qarşısını vaxtında və sərt şəkildə almalıdır ki , gələcəkdə də kimsə buna cəhd etməsin.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir
20.02.2019
Rusiya Prezidenti Federal Məclisə müraciətini təqdim edib
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info