Ariel Koen: “Silaha pul xərcləməyin yox, Dağlıq Qarabağ münaqişəsinin həllini düşünməyin vaxtı gəlib çatıb”
Tarix: 16.10.2017 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Dağlıq Qarabağ münaqişəsinin həllini düşünməyin vaxtı gəlib çatıb, silaha pul xərcləməyin deyil. Bunu “Trend”ə Enerji, təbii ehtiyatlar və geosiyasət Mərkəzinin direktoru, Qlobal təhlükəsizliyin təhlili İnstitutunun aparıcı eskperti, "International Market Analysis" şirkətinin təsisçisi Ariel Koen deyib.
Ekspert bildirib: "Ermənistan son illər Rusiyadan böyük miqdarda silah alıb. Azərbaycan öz növbəsində, 5 milyard dollara qədər məbləğdə silahı alıb, bu da İsrailə məxsus olan silahının miqdarı ilə, demək olar ki, eynidir".
Ekspert bildirib ki, alınan silahların keyfiyyəti və sayına görə Ermənistan Azərbaycanla müqayisə oluna bilməz. "100 milyon dollarlıq silah Ermənistanın silahlanma üzrə Azərbaycandan geri qalmasına heç bir təsir göstərməyəcək", - deyə qeyd edən ekspert əlavə edib ki, bu uzanmış münaqişəni həll etməyin vaxtı çatıb.
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketi təsdiq edilib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info