Rusiyanın Ermənistana silah tədarükü Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir edəcək
Tarix: 16.10.2017 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Bir neçə gün əvvəl Ermənistan hökuməti Rusiyadan silah alışı üçün kredit paketini təsdiq edib. Kreditin məbləği 100 milyon dollar təşkil edib.
Sənəddə deyilir ki, Rusiya tərəfi Yerevana RF istehsalı olan hərbi təyinatlı məhsulların tədarükünün maliyyələşdirilməsi üçün dövlət ixrac krediti verir. Hadisələrin belə inkişafı narazılıq doğurmaya bilməz, xüsusilə nəzərə alsaq ki, bu addım Moskvanın ATƏT-in Minsk qrupunun həmsədri kimi öhdəliklərini pozur.
"Moskva hesab edir ki, Azərbaycanın hərbi üstünlüyü Ermənistanın bu təzyiqi əks etdirə bilməsi ilə nisbətdə daha sürətlə artır", - Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı, politoloq Aleksandr Karavayev Trend-ə bildirib.
O, əlavə edib ki, qüvvələrin balansına gəldikdə, bu və ya digər tərəfin hərbi üstünlüyünü dəqiq hesablamaq mümkün deyil, çünki qeyri-sabit vəziyyət yarandıqda hərbi texnikanın sayı və keyfiyyəti hər zaman prioritet deyil: "2016-ci ilin aprelində baş verən hadisələr zamanı belə nəticəyə gəlmək olardı ki, Moskva Azərbaycan tərəfindən beynəlxalq hüquq baxımından işğal olunmuş sayılan Qarabağ ətrafındakı rayonların qaytarılması məqsədilə hərbi texnikanın, o cümlədən Rusiyadan tədarük edilən texnikanın istifadəsinə imkan verirdi".
Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketi təsdiq edilib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Soçi aeroportunda işdən çıxarılan ermənilər millətlərarası ədavəti qızışdırırlar
16.08.2019
“Erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”
16.08.2019
Ermənilər ölkədə doğum nisbətini artırmaq üçün baş sındırırlar
15.08.2019
Ermənistanda növbəti izdihamlı etiraz aksiyası keçirilir
15.08.2019
Ermənistanda işsizlərin sayı 6,7 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info