Amerikalı ekspert: “NATO və Avropa İttifaqının İrəvanın sonuncu silah alışını pisləməməsi təəccüblüdür”
Tarix: 16.10.2017 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Ermənistan hökuməti tərəfindən müasir silahların alınması, şübhəsiz ki, Avropada sülhə və sabitliyə təhlükə yaradır. Bunu “Trend”ə Markett Universitetinin (ABŞ) beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys bildirib. Ermənistan hökuməti tərəfindən Rusiyanın silah alınması üçün verdiyi 100 milyon dollarlıq kredit xəttinin təsdiqlənməsini şərh edən Teys qeyd edib ki, bu addım qoşunların təmas xəttində silahlı toqquşmalara səbəb ola bilər. O qeyd edib ki, həmin silah Azərbaycanın çox sayda dinc sakininin qətlinə gətirib çıxaracaq, həmçinin Cənubi Qafqazda sosial-iqtisadi vəziyyəti pisləşdirəcək. Ekspert NATO və Avropa İttifaqının İrəvanın sonuncu silah alışını pisləməməsindən təəccübləndiyini bildirib. Ekspertin fikrincə, NATO-nun bu səssizliyi, həqiqətən də çox riyakarcasına görünür: "Biz xeyli sayda silah alan Avropa ölkəsi olan Ermənistanın Avropanın Şimali Koreyasına çevrildiyini müşahidə edirik və bu təhlükə NATO tərəfindən görülmür, pislənmir".
Xatırladaq ki, 2015-ci il noyabrın 26-da imzalanmış sazişə əsasən, Rusiya Ermənistana müasir silah almaq üçün 200 milyon dollar kredit ayırmağı öhdəsinə götürüb. Oktyabrın 12-də Ermənistan hökuməti 100 milyon dollar məbləğində kreditin birinci tranşının alınmasını təsdiqləyib. Sazişə görə, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə ayrılır. Kredit müddətinin ilk 5 ili güzəştli olacaq. Bu dövr üçün faiz dərəcəsi illik 3 faiz təşkil edəcək.
Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşü ərəfəsində, Ermənistan tərəfindən kreditin təsdiqlənməsi səbəbləri barədə sualı cavablandıran Teys bildirib ki, İrəvanın silah və hərbi texnikanın toplanması istiqamətindəki mövqeyi sülh danışıqları üçün təhlükədir: "Bu, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə daimi təhlükədir. Beynəlxalq ictimaiyyət səssizlik saxlayaraq və məşhur ikili standartlar düsturunu tətbiq etməyə davam edərək böyük səhv edir, bu da perspektivdə Brüsselin fəal şəkildə inkişaf etdirdiyi çoxtərəfli diplomatiyanın imic və etibarını daha da korlayacaq".
Ekspert əlavə edib ki, NATO-nun bu məsələ ilə bağlı susması qəbuledilməzdir.
Dha sonra Teys növbəti rəsmi görüşün müsbət nəticələr verəcəyinə inanmadığı bildirib. Onun sözlərinə görə, "beynəlxalq birlik tərəfindən zəif təzyiq Ermənistanın uzun illərdir saxladığı, hazırkı status-kvonun saxlanmasına kömək edir".
Ekspert dünya birliyini, erməni qoşunlarının Azərbaycanın suveren ərazisindən çıxarılmasını, həmçinin, Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən iqtisadi blokadasının dərhal dayandırmağa münasibət birldirməy çağırıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info