“İnsan alverinə qarşı mübarizə ilə bağlı Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır“
Tarix: 16.10.2017 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə Biləsuvar rayonunda "İnsan alverinə qarşı mübarizə kampaniyasının keçirilməsi" adlı tədbir təşkil edib.
Tədbir Biləsuvar Rayon Yeni Azərbaycan Partiyasının binasında təşkil olmuşdur.
Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşları, İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə nümayəndələri, müəllimlər, Peşə Lisseyinin tələbələri, gənclər və rayon ərazisində fəaliyyəət göstərən özəl qrumların nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Təşkilatın sədri və layihənin koordinatoru Ramiz Alıyev açaraq layihə haqqında qonaqlara məlumat vermiş və mövzunun vacibləyini diqqətə çattırmışdır. Ramiz Alıyev İnsan Alverinə Qarşı Mübarizə ilə bağlı cənab Prezidentin təsdiqlədiyi Milli Fəaliyyət Planı haqqında tədbir iştirakçılarına məlumat verdi. İnsan alveri və bu cinayətkarlıqla mübarizə mexanizmlərindən danışdı. Azərbaycan dövlətinin İnsan Alverinə Qarşı mübarizə ilə bağlı apardığı siyasəti diqqətə çattırdı. Bildirdi ki, "Hər il Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası vətəndaş cəmiyyətinin həyata keçirdiyi insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinə dəstək olur. Eyni zamanda Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı mübarizə Baş İdarəsi də hər il Azərbaycanın hər bir regionunu əhatə edən insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirləri təşkil edir. Natiq qeyd etdi ki, " İnsan alverinə qarşı mübarizə ilə bağlı Azərbaycan dövlətinin apardığı siyasət bir çox dövlətlərə örnək olmalıdır”. Daha sonra qeyd etdi ki, Nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqa yüksək səviyyədə mübarizə aparır. Eyni zamanda İnsan Alverinə qarşı Mübarizə sahəsində fəaliyyət göstərən Vətəndaş
Cəmiyyətinin nümayəndələri ilə Baş İdarənin əməkdaşlığı yüksək səviyyədə qurulmuşdur”. Tədbirdə DİN-nin çəkdirdiyi “Satılmış Həyat” filmi də nümayiş olunmuşdur.
Daha Sonra Biləsuvar Rayon İcra Hakimiyyəti İctimai-Siyasi Şöbəsinin baş məsləhətcisi Səbinə Hüseynzadə və Biləsuvar Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin baş əməliyyat müvəkilli polis –mayoru Fikrət İskəndərov çıxış edərək rayon ərazisində insan alverinə qarşı mübarizəyə dair aparılan maarifləndirmə tədbirləri və cinayyətkarlıqla mübarizə ilə bağlı qonaqlarla və tədbir iştirakçılarına geniş məlumat vermişlər. Tədbir diskusiya şəkilində davam edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info