“Xaricdə təhsil alanların bir çoxu artıq qayıdaraq dövlət və özəl sektorda öz xidmətlərini göstərirlər”
Tarix: 16.10.2017 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


"Hazırda Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifələrdən biri elmi potensialın qorunub saxlanması və gənc elmi kadrların inkişafıdır".
Bunu təhsil nazirinin müavini Mətin Eynullayev deyib. O bildirib ki, bu gün müasir dünyada aparıcı dövlətlər arasında kəskin mübarizə və rəqabət var: "Bu, son dövrlərdə məhz beyin və zəka uğrunda mübarizəyə çevrilib. Bir çox ölkələr yüksək bilikli, savadlı peşəkarların, alimlərin öz ölkələrindən mühacirətini təşviq edirlər. Buna aparıcı ali təhsil müəssisələri və yerli transmilli koorporasiyaları da cəlb edirlər. Belə bir vəziyyətdə bu gün Azərbaycanın qarşısında duran ən mühüm vəzifə perspektivli alimləri burada saxlamaqla, onların layiqli həyat şəraitini, elmi fəaliyyəti üçün bütün şərtləri təmin etməkdir”.
Nazir müavini qeyd edib ki, Təhsil Nazirliyi hər zaman elmin dəstəklənməsinə, elmi layihələrin inkişafına böyük diqqət yetirir. M. Eynullayevin sözlərinə görə, nazirlik olaraq həm ali təhsil müəssisələrinin bu istiqamətdə fəaliyyətinin dəstəklənməsi, həm istənilən səviyyədə hüquqi bazanın yaradılması, həm də xaricdə dövlət proqramı çərçivəsində təhsil almağa göndərilən gənclər arasında elmi kadrların - magistratura, doktorantura, rezidenturada təhsil alan gənclərin üstünlük təşkil etməsinə diqqət yetirilir: "Məlumdur ki, xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində 3558 təqaüdün 63%-i magistratura, doktorantura və rezidentura səviyyəsinə ayrılıb. Onların bir çoxu artıq respublikaya qayıdaraq dövlət və özəl sektorda öz xidmətlərini göstərirlər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info