İsa Həbibbəyli: “Ziya Bünyadov şərqşünaslıq və tarix elmində özünəməxsus məktəb yaradıb”
Tarix: 16.10.2017 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Müasir şərqşünaslığın aktual problemləri (Ziya Bünyadov qiraətləri)” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Beynəlxalq tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Sonra konfrans iştirakçıları akademik Ziya Bünyadovun məzarını ziyarət edib, qəbirüstü abidəsi önünə güllər qoyublar.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli unudulmaz alimin Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair fundamental tədqiqatlarından, orta əsrlərə aid mənbələrin araşdırılması və tərcüməsi sahəsində fəaliyyətindən, respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə verdiyi töhfələrdən və yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasındakı xidmətlərindən bəhs edib. Bildirilib ki, görkəmli alimin xatirəsinə həsr olunan və dövlət səviyyəsində keçirilən beynəlxalq tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan və digər ölkələrdən alimlər iştirak edirlər.
Vurğulanıb ki, akademik Z.Bünyadov zəngin və çoxşaxəli yaradıcılığı sayəsində respublikamızda tarix elminin yeni mərhələyə yüksəldilməsi işinə layiqli töhfələr verib. Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair uzun illər ərzində ərsəyə gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid mənbələrin tərcüməsi ilə yanaşı, onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırıb. Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında onun fəaliyyəti təqdirəlayiqdir.
Diqqətə satdırılıb ki, akademik Z.Bünyadovun “Azərbaycan Atabəyləri dövləti. 1136-1225-ci illər” əsəri elmi ictimaiyyətin böyük qiymətini almaqla yanaşı, həm də 1980-ci ildə elm və texnika sahəsində Azərbaycanın Dövlət mükafatına layiq görülüb. Görkəmli alim akademik Vasim Məmmədəliyevlə birgə müqəddəs “Qurani-Kərim”i Azərbaycan dilinə tərcümə edib.
Plenar iclasda Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Z.Bünyadovun həyat və yaradıcılığına həsr olunan “Ölümsüzlüyə qovuşan ömür” mövzusunda məruzə ilə çıxış edib.
G.Baxşəliyeva Sovet İttifaqı Qəhrəmanı, Dövlət mükafatı laureatı, Azərbaycan şərqşünaslıq və tarix elminin korifeyi, dünya şərqşünaslığının ən görkəmli nümayəndələrindən olan akademik Z.Bünyadovun həyat və yaradıcılığının parlaq bir ömrün güzgüsü kimi zəngin yaradıcılıq və qəhrəmanlıq yolunu əks etdirdiyini söyləyib. Bildirilib ki, alim öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınıb, elmi ictimaiyyətin və geniş oxucu kütləsinin rəğbətini və məhəbbətini qazanıb.
Alimin şərqşünaslıq elminin müxtəlif sahələrinə aid çoxlu sayda əsərlərində nəinki Azərbaycan xalqının, eləcə də bütün orta əsrlər müsəlman aləminin ictimai-siyasi və mədəni-iqtisadi tarixinin tədqiq edildiyini söyləyən məruzəçi onun bütün əsərlərinin ilkin mənbələrin dərin və dəqiq təhlilinə əsaslandığını, araşdırdığı məsələlərin isə daim yüksək peşəkarlığı və orijinallığı ilə fərqləndiyini qeyd edib.
Akademik G.Baxşəliyeva deyib: “Alimin elmi, ictimai fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, dövlətimizin ali mükafatı olan “İstiqlal” ordeninə layiq görülüb. Hazırda AMEA-nın Şərqşünaslıq İnstitutu akademikin adını daşıyır və Bakının böyük prospektlərindən birinə Ziya Bünyadovun adı verilib”.
Rusiya Elmlər Akademiyasının (REA) A.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelin, REA Əlyazmalar İnstitutunun direktoru, professor İrina Popova, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Türkiyənin Necmettin Erbakan Universitetinin professoru Ahmet Taşğın, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və digər çıxış edənlər görkəmli alimin zəngin elmi irsindən, həyat və fəaliyyətindən, onun şərqşünaslıq elminə bəxş etdiyi töhfələrdən və müstəqillik illərindəki ictimai-siyasi fəaliyyətindən söz açıblar.
Tədbir çərçivəsində AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Gürcüstan İLİAUNİ Şərqşünaslıq İnstitutu, Rusiya Elmlər Akademiyasının (REA) Əlyazmalar İnstitutu və REA–nın A.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu arasında elmi əməkdaşlığa dair memorandum imzalanıb.
Daha sonra konfrans işini Şərqşünaslıq İnstitutunda və Milli Azərbaycan Tarixi Muzeyində “Qədim və orta əsrlər Şərq tarixinin tarixşünaslığı və mənbəşünaslığı”, “Müasir Şərq ölkələrində ictimai və siyasi proseslər”, “Şərq xalqlarının ictimai, fəlsəfi və dini fikir məsələləri”, “Şərq xalqlarının ədəbiyyatının tədqiqi problemləri və Şərq xalqlarının dilinin tədqiqi problemləri” mövzuları üzrə Azərbaycan və rus dillərində ümumilikdə doqquz bölmədə davam etdirib.
Beynəlxalq konfrans oktyabrın 17-də başa çatacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info