“Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı başa çatıb
Tarix: 16.10.2017 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Türkiyə Respublikasının Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə ADPU-da “Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı keçirilib. Beynəlxalq konfransın elmi istiqamətləri Azərbaycan Türkiyə tarixi əlaqələrini, siyasi və iqtisadi münasibətləri, sosial-mədəni və ədəbi əlaqələri, elm və təhsil, turizm və ekologiya sahələrini əhatə edib. Konfransda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Təhsil Nazirliyinin, Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) məsul şəxsləri, AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının, Yunis Əmrə İnstitutunun nümayəndələri, ali təhsil müəssisələrinin tanınmış və nüfuzlu pedaqoq-alimləri iştirak ediblər.
Beynəlxalq elmi konfransın yekun iclası keçirilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bildirib ki, bu konfransın Azərbaycan-Türkiyə münasibətlərində xüsusi yeri var. Konfransın 6 bölmədə keçirilən iclaslarında ümumilikdə 83 elmi məruzə dinlənilərək müzakirə edilib. Konfrans Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı fikir mübadiləsi aparmaq, qarşılıqlı əlaqə və münasibətlərin genişləndirilməsi və bu sahədə yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Konfransın keçirilməsi həm Azərbaycanın, həm də qardaş Türkiyənin ictimai-siyasi və elmi-mədəni həyatında əlamətdar bir hadisədir. Konfrans mediada geniş işıqlandıırılıb, ictimai maraqa səbəb olub. Konfrans Azərbaycanla Türkiyə arasında əlaqə və münasibətlərin genişlənməsinə səmərəli təsir edəcək. Rektor beynəlxalq elmi konfransa ADPU-nun ev sahibliyi etməsindən qürur duyduğunu bildirib və bu işdə əməyi keçən hər kəsə təşəkkür edib.
Kastamonu Universitetinin rektoru, professor Seyit Aydın konfransın yüksək səviyyədə keçirilməsinə görə ADPU-nun və ATMU-nun rəhbərliyinə təşəkkür edib, iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən məmnunluq duyduğunu vurğulayıb.
İclasda konfrans iştirakçılarına sertfikatlar təqdim edilib. Sonda ADPU-nun Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin birləşmiş xoru, müəllim və tələbələri və eləcə də ATMU-nun tələbələri konsert proqramı ilə çıxış ediblər. İfa edilən xalq mahnıları, Azərbaycan və dünya bəstəkarlarının əsərləri hamıda xoş əhvali-ruhiyə yaradıb.
Qeyd edək ki, konfransdan sonra qonaqların Bakının görməli yerləri ilə tanışlığı da təşkil edilib. Konfransda edilən məruzələrin “Azərbaycan-Türkiyə münasibətləri II Beynəlxalq elmi konfransının materialları” adı ilə çap olunması nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info