“Lahıca ildə 100 minə yaxın turist səfər edir”
Tarix: 16.10.2017 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Mirdamət Sadıqov: “Velosiped zavodu Batumidən dağ turizmi üçün nəzərdə tutulan 10 min ədəd velosiped sifarişi alıb”

İsmayıllı rayonu ilbəil öz görkəmini müsbət istiqamətdə dəyişir. Burada nəinki kənd təsərrüfatı sahəsində, turizmin inkişafı üçün də münbit şərait yaradılır. Bununla bağlı İsmayıllı rayon icra başçısı Mirdamət Sadıqov "Azərişıq" ASC tərəfindən Lahıc rayonuna təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlama verərək bildirib ki, rayonda turizmin inkişafı istiqamətində xeyli işlər görülüb.
İcra başçısı rayonda görülən və gələcəkdə planlaşdırılan işlər barəsində danışıb. O velosiped zavodunun və digər sosial obyektlərin fəaliyyəti haqqında da söz açıb: "Bir vaxtlar biz velosiped zavodu tikməyi qarşıya məqsəd qoymuşduq. Prezident İlham Əliyevin xeyir-duası ilə artıq rayonumuzda Qafqazda yeganə olan velosiped zavodu tikilib və sifarişlərini də almaqda davam edir. Hazırda zavodda qızğın işlər gedir. Velosiped zavodunun zəif işləməsi və ya ümumiyyətlə fəaliyyətinin dayandırılması haqqında deyilənlər isə cəfəngiyyatdır. Belə deyil, məlumatlar yalandır. Hətta sizə bir maraqlı məlumatı deyim ki, biz iki ay öncə Gürcüstandan- Batumidən dağ turizmi üçün nəzərdə tutulan 10 min ədəd xüsusi velosiped sifariş aldıq. Bu, çox yaxşı haldır. Deyim ki, Lahıca hər gələn turist 3 manat xərcləsə, orta hesabla bura gündəlik 15-20 min manat daxil olur. Elə vaxt olur ki, bu rəqəmlər çox olur. Bu ərazilərin xüsusi inkişaf planı olmalıdır. Bu gün Azərbaycanda qədim sənətkarlığı qorumaq lazımdır. Özünüz də gözünüzlə gördünüz ki, Lahıcın küçələri göz oxşayır, sənətkarlar ata-baba peşələrini yaşadaraq elə öz evlərində işlərini davam etdirirlər, yaratdıqları hazırladıqları məmulatları turistlər üçün satırlar. Lahıc tarixi baxımdan da turistlər üçün cəlbedici məkandır. Buranın camaatı öz tarixlərini də yaşadırlar. Bütün memarlıq izləri evlərdə küçə və yollarda qorunur”.
İcra başçısı deyib ki, Lahıcda 400 nəfərlik yeni məktəb tikilir: “Vaxtilə Lahıcın 15-20 min əhalisi olub. Burada sakinlər mehriban şəkildə yaşayıblar və bu gün də bu yaşam tərzi davam edir. Lakin hazırda əhalinin sayı 3 minə yaxındır. Bizim Lahıc camaatı elə qədimdən demokrat olublar. Burada heç zaman milis, polis olmayıb. Sadəcə olaraq ağsaqqal var idi və o nə deyirdisə elə də hərəkət edirdik. İsmayıllı rayonu isə bir qədər başqadır. Burada 8-dən çox millət yaşayır.
Turizm məsələlərinə bir daha qayıdaraq qeyd etməliyəm ki, il ərzində buraya 100 minə yaxın turist səfər edir.
Turizmin inkişafı istiqamətində- atçılıq, hava şarı, ümumiyyətlə dağ turizmi ilə bağlı işlər aparılır. Biz Qəbələni təkrar edə bilmərik. Elə turizm yaratmalıyıq ki, orta iqtisadiyyatı olan rayonlar üçün eyni olsun. Artıq bizdə atçılıq turizmi üzrə xeyli işlər görülüb. Cavanşir qalasına qalxmaq üçün atlar da alınıb. Bu gün insanların dolanmağı üçün dövlət qanunları çərçivəsində nə mümkündürsə, onu da etmək lazımdır.
İsmayıllı yeganə rayondur ki, özü-özünü maliyyələşdirir. Biz dövlət büdcəsindən dotasiya almırıq. Rayon çox böyük təbii sərvətlərə də malikdir. Burada tikiş fabriki, kərpic zavodu var, xalça fabriki, böyük maldarlıq kompleksi tikilib. Bunlar insanların məşğulluğuna da şərait yaradır. İsmayıllı 104 min ton taxıl verir. Bu istehsal üzrə də respublikada birinci yerdəyik. Cəmi 34 min hektar əkinə yararlı torpağımız var. Məsələn, Ağsu İsmayıllıdan 2 dəfə kiçik olsa da, orada 40 min hektardan çox əkinə yararlı sahə var. İsmayıllı rayonunun ərazisi 2074 km²-dir, rayonun 35 faizi meşə örtüyüdür. Bu da turizmin inkişafına şərait yaradır. Bizim ərazimizin çox hissəsi dağlıqdır. Eyni zamanda Azərbaycanda ən çox meşə örtüyü də məhz İsmayıllıdadır ki, bu da düzgün istifadə olunarsa böyük gəlir potensialıdır. Bu gün insanların dolanmağı üçün dövlət qanunları çərçivəsində nə mümkündürsə, onu da etmək lazımdır”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info