ABŞ və Koreya birgə hərbi-dəniz təlimlərinə başlayıblar
Tarix: 16.10.2017 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


ABŞ-ın və Koreya Respublikasının dövlət başçıları Donald Tramp və Mun Ce-in noyabrın 7-də Seulda Şimali Koreyanın nüvə məsələsini müzakirə edəcəklər. Bu barədə məlumatı “Yonhap” agentliyi Ağ Evə istinadla yayıb. Görüş D.Trampın Asiya turnesi çərçivəsində baş tutacaq. ABŞ Prezidenti turneyə noyabrın 5-də Yaponiya səfəri ilə başlayacaq. O, daha sonra Koreya Respublikasına, noyabrın 8-də isə Çinə səfər edəcək. Onu da qeyd edək ki, Koreya yarımadasının ətrafındakı sularda ABŞ və Koreya Respublikası silahlı qüvvələri birgə hərbi-dəniz təlimlərinə başlayıblar. Beş gün davam edəcək təlimlərə oktyabrın 16-da start verilib. Təlimlər Şimali Koreya tərəfindən törədiləcək təxribatların qarşısının alınması və birgə əməliyyatların səmərəliliyinin artırılması məqsədini daşıyır. Hərbi təlimlərdə ABŞ hərbi-dəniz qüvvələrinə məxsus “Ronald Reyqan” atom aviadaşıyıcı gəmisi daxil olmaqla 40 gəmi, o cümlədən Koreya Respublikasının “Aedis” sistemləri ilə təchiz edilmiş esminesləri iştirak edir. Təlimlərə qırıcı və patrul təyyarələri də qatılıb. İki ölkə hərbiçilərinin Şimali Koreyaya məxsus sualtı qayıqlara və raketlərə qarşı təlimlər keçəcəyi bildirilir. Bundan əlavə, düşmənin Koreya Respublikası ərazisinə daxil olmaq istəyən xüsusi təyinatlılarına qarşı hücum əməliyyatları da nəzərdən keçirilir.




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
15 min ev bir gündə yandı
18.08.2019
Kabildə toy mərasimində partlayış
17.08.2019
İzmirdә 106 qeyri-qanuni miqrant saxlanılıb
17.08.2019
İndoneziya prezidenti ölkənin paytaxtını dəyişmək istəyir
17.08.2019
Myanmada torpaq sürüşmәsi nәticәsindә hәlak olanların sayı 69 nәfәrә çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info