Moqadişoda partlayış qurbanlarının sayı 300 nəfəri ötüb
Tarix: 16.10.2017 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Somalinin paytaxtı Moqadişo şəhərində ötən şənbə günü törədilmiş partlayış nəticəsində həlak olanların sayı 300 nəfəri ötüb. Bu barədə “Reuters” agentliyi şəhərin təcili tibb xidmətinin başçısı Abdiqadir Abdirəhmana istinadla məlumat yayıb. “Təsdiqləyə bilərik ki, partlayış nəticəsində 300-dən çox insan həlak olub. Bu say arta bilər, belə ki, bəzi insanlar hələ də itkin düşmüş sayılır”, - deyə Abdirəhman bildirib. Bundan əvvəl 276 nəfərin öldüyü və 275 nəfərin yaralandığı bildirilirdi. Xatırladaq ki, bomba yüklü avtomobil paytaxtın Hodan rayonunun izdihamlı küçələrinin birində, “Safari” otelinin qarşısında partladılıb. Partlayışın məsuliyyətini hələlik heç bir terror qruplaşması üzərinə götürməyib. Lakin ölkənin hakimiyyət orqanları baş verənlərdə “Əl-Qaidə”yə bağlı “Aş-Şabab” qruplaşmasını ittiham edir. Somali hökuməti ilə silahlı mübarizə aparan bu qruplaşma indiyədək ölkə ərazisində onlarla terror aktı törədib. Oktyabrın 14-də Moqadişoda baş vermiş partlayış isə son illər Somalidə qeydə alınan ən böyük terror hücumudur.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info