İraq ordusu Kərkükdə strateji mövqelərə nəzarəti ələ keçirib
Tarix: 16.10.2017 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


İraq ordusunun başladığı Kərkük əməliyyatı davam edir. İraq Kürdüstan Bölgə Muxtariyyətinə bağlı peşmərgələrin bir sıra strateji nöqtələrdən çəkildiyi açıqlanıb. İraq ordusu şəhərin cənub istiqamətində Keyvan hərbi bazası, Kərkük hava limanı, Kərkük Elektrik Stansiyası, neft və qaz yataqları olan əraziyə nəzarəti ələ keçirib. Şimali İraq Neft Şirkəti və yaxınlıqdakı neft emalı zavodu döyüşsüz alınıb. Bu arada İraq Kürdüstan Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin lideri olduğu İraq Kürdüstan Demokrat Partiyasının nəzarətində olan peşmərgələr İraq Kürdüstan Yurdsevərlər Birliyinə (İKYB) bağlı peşmərgələri mövqelərini döyüşsüz tərk etməkdə ittiham ediblər. İKYB-nin peşmərgələrə məsul nümayəndəsi Vesta Resul İraq ordusuna müqavimət göstərəcək gücləri olmadığı üçün geri çəkilmək məcburiyyətində qaldıqlarını bildirib. V. Resul İraq ordusunun 350 tank və ağır silahlarla hücum çəkdiyini açıqlayıb. İKYB-nin peşmərgə komandanı Aras Şeyh Cengi isə İraq ordusunun Kərkük əməliyyatının beynəlxalq anlaşma çərçivəsində həyata keçirildiyini iddia edib. İraq Kürdüstan Bölgə Muxtariyyəti hakimiyyəti tərəfindən Kərkükə yerləşdirilən 700-ə yaxın PKK terrorçuları şəhərdə yeni müdafiə xətti yaratmağa çalışır və bununla bağlı görüntüləri Anadolu Agentliyi yayıb. Qeyd edək ki, İraq hökuməti Kərkük əməliyyatından öncə PKK terrorçularının Kərkükə yerləşdirilməsini müharibə elanı kimi dəyərləndirmişdi. Artıq Türkiyə Xarici İşlər Nazirliyi (XİN) də PKK terrorçularının Kərkükə yerləşdirilməsinə etirazını ifadə edib, İraq torpaqlarında PKK-nın mövcudluğuna son qoymaq üçün İraq hökuməti ilə hər cür əməkdaşlığa hazır olduğunu vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Kim Çen In Putinə qılınc hədiyyə etdi
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub
24.04.2019
“İnterpol”un eks-rəhbəri barədə həbs qərarı verildi
24.04.2019
Türkiyə XİN: Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını rədd edirik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info