“NATO və Avropa İttifaqının İrəvanın sonuncu silah alışını pisləməməsi təəccüblüdür”
Tarix: 16.10.2017 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


“Ermənistan hökuməti tərəfindən müasir silahların alınması, şübhəsiz ki, Avropada sülhə və sabitliyə təhlükə yaradır”.
Bunu “Trend”ə Markett Universitetinin (ABŞ) beynəlxalq münasibətlər üzrə eksperti Piter Teys bildirib. O qeyd edib ki, bu addım Cənubi Qafqazda sosial-iqtisadi vəziyyəti pisləşdirəcək. Ekspert NATO və Avropa İttifaqının İrəvanın sonuncu silah alışını pisləməməsindən təəccübləndiyini bildirib. Ekspertin fikrincə, NATO-nun bu səssizliyi, həqiqətən də çox riyakarcasına görünür: "Biz xeyli sayda silah alan Avropa ölkəsi olan Ermənistanın Avropanın Şimali Koreyasına çevrildiyini müşahidə edirik və bu təhlükə NATO tərəfindən görülmür, pislənmir". Teys bildirib ki, İrəvanın silah və hərbi texnikanın toplanması istiqamətindəki mövqeyi sülh danışıqları üçün təhlükədir: "Bu, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə daimi təhlükədir. Beynəlxalq ictimaiyyət səssizlik saxlayaraq və məşhur ikili standartlar düsturunu tətbiq etməyə davam edərək böyük səhv edir, bu da perspektivdə Brüsselin fəal şəkildə inkişaf etdirdiyi çoxtərəfli diplomatiyanın imic və etibarını daha da korlayacaq". Ekspert əlavə edib ki, NATO-nun bu məsələ ilə bağlı susması qəbuledilməzdir. Ekspert dünya birliyini, erməni qoşunlarının Azərbaycanın suveren ərazisindən çıxarılmasını, həmçinin Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən iqtisadi blokadasının dərhal dayandırmağa münasibət birldirməy çağırıb.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Qoy əfqan xalqı öz liderini özü seçsin“
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info