“Azərbaycan ilə görüşü səbirsizliklə gözləyirəm”
Tarix: 17.10.2017 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Azərbaycan ilə görüşü səbirsizliklə gözləyirəm. Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bu Gündoğar ölkənin tanınmış kalliqrafiya ustası, Bakıda keçiriləcək “Yapon Məhsulları Sərgisi”nin iştirakçısı Ryucin Kobayaşi deyib. Öz sənəti ilə yalnız Yaponiyada deyil, dünyanın bir çox ölkələrində tanınan R.Kobayaşi İmperator ailəsinin “Hiqaşi Kuninomiya mədəniyyət mükafatı”na layiq görülüb.
Oktyabrın 27-28-də Bakı Biznes Mərkəzində təşkil olunacaq “Japan Expo” sərgisində R.Kobayaşi kalliqrafiya sənətini nümayiş etdirəcək. Onun sənəti özündə yapon ruhunu əks etdirməsi ilə fərqlənir. R.Kobayaşinin əsərləri canlı üslubu və yapon gözəlliyi ilə diqqəti cəlb edir. Bu əsərlər dünyanın bir çox insanlarını valeh edib. R.Kobayaşi deyib ki, əgər bu əsərlər danışa bilsəydi, mütləq Azərbaycan və yapon xalqlarının birliyini tərənnüm edərdi.
Kalliqrafiya sənəti ilə yanaşı, sərgidə yapon milli yelpikləri də ziyarətçilərə təqdim ediləcək. 1603-1868-ci illəri əhatə edən Edo dövrünə məxsus yığılan yelpikləri Yaponiyanın tanınmış “IBASEN” şirkəti nümayiş etdirəcək. Bu şirkətin istehsal etdiyi yelpiklər yaponlar tərəfindən qədim və ənənəvi sənət nümunəsi kimi yüksək qiymətləndirilir.
“IBASEN” şirkətinin əsası 1590-cı ildə general Tokuqava İeyusu ilə birlikdə Edoya (Tokionun qədim adı) gələn İbaya Kanzaemon tərəfindən qoyulub. Şirkətin istehsal etdiyi yelpiklər tez bir zamanda qədim Edoda böyük populyarlıq qazanıb.
Tokioya gələn turistlərin böyük hissəsi şirkətin Nihombaşidə yerləşən muzeyini həvəslə ziyarət edirlər. “IBASEN” şirkətinin yüksək keyfiyyəti, rəngarəngliyi və ətri ilə seçilən yelpikləri həm yaponlar, həm də əcnəbi turistlər tərəfindən yüksək qiymətləndirilir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info