“Türkiyə hökuməti Belarusdan nümunə götürməlidir”
Tarix: 17.10.2017 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Tahir Kərimli:
“Türk deputatların AŞPA-da Azərbaycan dövləti və xalqının əleyhinə olan qətnaməyə “hə” deməsinə heç nə ilə haqq qazandırmaq olmaz”

Son günlər Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən bir neçə Türkiyə vətəndaşları haqqında Türkiyə hökuməti tərəfindən ciddi tədbirlərin görülməməsi və AŞPA-da Azərbaycanın əleyhinə səs vermiş türkiyəli millət vəkillərinin hansı səbəbə belə addım atmalarının sorğulanmaması Azərbaycan ictimaiyyətində ciddi narahatlıq yaradıb. Məsələ ilə bağlı “Palitra”ya açıqlama verən millət vəkili Tahir Kərimli deyib ki, Türkiyə hökumətinin hələlik proseslərin üstündən keçməyə çalışması Azərbaycan cəmiyyətində haqlı olaraq qıcıq yaradır:
“Ortada bir Belarus nümunəsi var. İzah edim niyə Belarusu nümunə gətirirəm. Azərbaycan daim ağır günlərdə öz dostlarının yanında olduğunu əməli addımlarla göstərib. Hətta bir xatırlatma edim ki, biz 200 milyonluq bir kreditlə Belarusa kömək edib onların iqtisadi durumunun yüksəlməsinə müəyyən mənada dəstək olduq. Həmin dövrdə müxalifət səs- küy saldı ki, nəyə görə biz Belarusa belə yardım etdik? Amma sonrakı mərhələlərdə bir necə ciddi siyasi proseslər oldu ki, bu iqtisadi dəstəyin əhəmiyyətinin şahidi olduq. Belarus bizim yanımızda olduğunu siyasi qərarları, prezident səviyyəsində olan ciddi mesajları ilə göstərdi. Ən son olaraq bizim üçün vacib bir məsələdə Lukaşenko qanunauyğun hərəkət edərək işğal olunmuş ərazilərimizə qanunsuz səfər etmiş birinin Azərbaycana təhvil verilməsinə şərait yaratdı. Yəni bu nümunəni ona görə xatırlatdım ki, qanun bütün ölkələrdə qanundur. Azərbaycana təhvil verilən belə şəxslər qanunlarımıza uyğun mühakimə olunmalıdırlar. Bunu Lukaşenko da dəstəklədi. İndiki halda isə oxşar olayların bizə qardaş ölkədə cərəyan etməsi dəhşət doğuracaq haldır. Çünki biz uzun tarixə söykənən, eyni kökdən qopub gəlmiş qardaş xalqların yaşadığı iki ölkəyik. Belə olaylar bizdə baş verməməli idi. Hətta Türkiyə müxalifətinin ciddi simaları belə məşhur kəlamı tez-tez xatırladaraq “bizim bir millət iki dövlət” olduğumuzu deyirlər. Belə olan halda, bizim əleyhimizə olan səsverməyə dəstək vermək hansı məntiqə sığırdı? Türkiyə hökumətinə müxalifət olmaq olar. Hətta Azərbaycan dövlətini idarə edənlərin Türkiyədə hakimiyyətdə olanlarla yaxın dost olmasına görə, bizə qarşı müxalif olmaq olar. Amma hansısa beynəlxalq təşkilatda Azərbaycan dövləti və xalqının əleyhinə olan qətnaməyə “hə” deməyə heç nə ilə haqq qazandırmaq olmaz”.
Millət vəkili deyir ki, Azərbaycanın qanunlarını pozan və ortalıqda rahat gəzən adamlara qarşı heç bir addım atmamaq ən yüksək səviyyədə qınanılmalıdır: “Bir xatırlatma edim ki, Türkiyə ilə Azərbaycan arasında hüquqi yardım haqqında müqavilə mövcuddur. Onlar qanunla borcludur ki, həmin səfərə gedən şəxsləri istintaqa cəlb edib, mühakimə etsinlər. Ən azından onları bizə təslim etməli idilər. Bütün ölkələrdə təxribatçılar istintaqa cəlb edilirlər. Bunların üstündən keçmək doğrudan da təəccüb və təəssüf doğuran haldır. Bu onu göstərir ki, həm Türkiyə dövlətinin həm də Azərbaycan dövlətinin birliyinin əleyhinə olan çox ciddi qüvvələr var. Hətta ola bilər ki, həmin qüvvələrin bir qismi Türkiyədə ciddi postlarda da təmsil olunurlar. Əks təqdirdə, yalnız XİN və səfir səviyyəsində ümumi sözlərə söykənən tövsiyə və təəssüf dolu fikirlərin şahidi olmazdıq. Haradasa az-maz anlamaq olar ki, AŞPA-da bizim əleyhimizə olan qərara dəstək verənlər Türkiyə müxalifətinin təmsilçiləri oldular deyə, belə alındı. Yəni bu müxalifətin bizə olan mövqeyi idi. Amma Azərbaycan ərazisini işğal edən bir ölkəyə gedib nümayişkaranə orada təxribatçı bəyanatlar verib, görüşlər keçirənlərə qarşı heç bir addım atılmaması Türkiyə hökumətinin laqeydliyini göstərir. Artıq belə görüntü yaranır ki, onların cəzalanmaması həmin şəxslərin himayədarlığıdır! Bu çox dəhşətli və ürəkağrıdan mənzərədir. Nə qədər gec deyil, bu məsələlər Türkiyə kanallarında ciddi şəkildə müzakirəyə çıxarılmalı, ictimai qınaq böyüməlidir ki, bəlkə bundan çəkinən hökumət hansısa əməli addımlar atar”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info