Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Tarix: 17.10.2017 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulunun vəziyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, muxtar respublikada ali, orta ixtisas və orta təhsilin inkişafı ilə bağlı mühüm işlər görülür. Hazırda muxtar respublikanın ali və orta ixtisas təhsili məktəblərində 100-dən çox ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Ona görə də ixtisaslı kadrlara olan tələbatın yerli mütəxəssislər hesabına ödənilməsi daim diqqət mərkəzində saxlanılmalı, ali və orta ixtisas təhsili müəssisələrinin potensialından səmərəli istifadə olunmalıdır. Müşavirədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək deyib ki, 2017-ci ildə ümumtəhsil məktəblərini 2973 məzun bitirib, onlardan 1496-sı ali təhsil müəssisələrinə, 239-u müxtəlif ali hərbi və xüsusi təyinatlı ali məktəblərə qəbul olunub. Ali məktəblərə qəbul olan məzunların 289-u imtahanlarda 500-700 arası bal toplayıb, onlardan 3-ü Prezident təqaüdünə layiq görülüb. Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib ki, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutu əcnəbi tələbələrin təhsil müəssisələrinə cəlbi istiqamətində zəruri işlər görməlidirlər. Qeyd olunub ki, müasir dövrdə hər bir ali və orta ixtisas təhsili məktəbi daha çox tələbənin cəlb olunmasına çalışmalıdır. Çox təəssüf ki, muxtar respublikanın təhsil müəssisələrində qabaqcıl ali təhsil müəssisələrindən geri qalmayan müasir infrastrukturun yaradılmasına baxmayaraq, bu istiqamətdə fəaliyyət zəifdir. Tələbə təşviqinə təsir edən əsas amillərdən biri də təhsil müəssisəsindəki tədrisin səviyyəsidir. Buna görə də ali və orta ixtisas təhsili məktəblərində müasir tədris metodlarının tətbiqinə üstünlük verilməli, kadr hazırlığına diqqət artırılmalı, tədris və istehsalat təcrübələrinin keçirilməsində hami təşkilatların bazasından və imkanlarından səmərəli istifadə olunmalıdır.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Azərbaycanın milli qəhrəmanları haqqında ingilis dilində məqalələr hazırlanıb
20.09.2018
“Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədədir”
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info