Azərbaycan, Gürcüstan və Türkiyə hərbi əməkdaşlığının perspektivləri müzakirə olunub
Tarix: 17.10.2017 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Oktyabrın 17-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin rəhbərləri arasında üçtərəfli görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisləri general-mayor Vladimer Çaçibaia və ordu generalı Hulusi Akar iştirak ediblər.

Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik və bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunub. Tərəflər üçtərəfli əməkdaşlığın regionda sabitliyə, xalqlarımızın sosial rifahının yaxşılaşmasına və inkişafa təkan verəcəyinə əminliklərini bildiriblər.
Silahlı Qüvvələrin rəhbərləri Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, Türkiyədə və dünyada baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunub, Dağlıq Qarabağ və Cənubi Osetiya problemlərinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi vurğulanıb.
Sonda görüşün yekunu olaraq birgə protokol imzalanıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info