Sumqayıt Bulvarı “Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı”na layiq görülüb
Tarix: 17.10.2017 | Saat: 16:35:00 | E-mail | Çapa göndər


Sumqayıt Bulvarı “Global Trade Leaders” klubunun “Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı”na (International Europe Award for Quality) layiq görülüb. Mükafatı təsisatın baş katibi Rikardo Lopes oktyabrın 16-da qurumun Paris “Meridien Etoile” otelində keçirilən forumunda təqdim edib. Forumda 5 qitədən 150 nümayəndə iştirak edib. 32 ölkənin təqdimatından 22–si mükafata layiq görülüb ki, bunlardan biri də Sumqayıt Bulvarı olub.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov və Bulvar idarəsinin rəisi Yavər Vəliyev “Sumqayıt Bulvarı”nın təqdimatın keçirərək, ölkəmiz və Sumqayıt şəhəri haqqında ətraflı məlumat veriblər. Azərbaycanın iqtisadi inkişafından, stabilliyindən söz açıblar.
Bildirilib ki, Sumqayıt Bulvarı ölkəmizdə gedən quruculuq işlərinin bariz nümunəsidir. 8 ayda yaradılan və şəhər sakinlərinin ən çox üz tutduğu, sevimli istirahət məkanına çevrilən bulvarın monitorda əks olunan möhtəşəm görüntüləri tədbir iştirakçılarını heyrətləndirib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin möcüzə adlandırdığı Sumqayıt Bulvarının dünyanın diqqət mərkəzinə düşməsi olduqca qürurverici haldır.
Son iki ildə müasir layihələr əsasında yenidən qurulan Sumqayıtın intibah dövrü yaşadığı və regionun gözəl turizm məkanlarından birinə çevrildiyi diqqətə çatdırılıb. Gənc Sumqayıtın inkişafının dövlət rəhbərliyinin diqqət və qayğısının bəhrəsi olduğu vurğulanıb.
Xatırladaq ki, dünya biznesini araşdıran 3 ən böyük təsisatdan biri – “Global Trade Leaders Club”un bu il iyulun 3-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən 24-cü Beynəlxalq üstünlük və liderlik forumunda Sumqayıt Bulvarı “İnternational Award for Excellence & Lidership” mükafatına layiq görülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
23.02.2019
Turistlər polisdən razılıq edirlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info