Xaraba Gilan arxeoloji ekspedisiyası tədqiqatlarını yekunlaşdırıb
Tarix: 17.10.2017 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Xaraba Gilan ekspedisiyası 229 maddi-mədəniyyət nümunəsi aşkar edib.
AMEA Naxçıvan Bölməsində Xaraba Gilan arxeoloji ekspedisiyasının yekununa həsr olunmuş tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, on ildən artıqdır, Naxçıvan Muxtar Respublikasında beynəlxalq və respublika səviyyəli arxeoloji ekspedisiyalar aparılır. Tədqiqatlar zamanı Naxçıvanın qədim tarixi ilə bağlı əhəmiyyətli faktlar aşkar olunur.
Akademik Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə bu il də bölgənin müxtəlif ərazilərində qazıntılar aparıldığını deyərək bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin rəhbərliyi ilə iki aydan çoxdur Ordubad ərazisində fəaliyyət göstərən Xaraba Gilan arxeoloji ekspedisiyası tədqiqatlarını yekunlaşdırıb.
Tədbirdə Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri Bəhlul İbrahimli Naxçıvan bölgəsinin arxeoloji abidələrinin zənginliyindən danışaraq, Ordubad ərazisində aparılan ekspedisiyanın nəticələri ilə bağlı ətraflı məlumat verib. O, Xaraba Gilan və onun ətrafında olan abidələrin Azərbaycan arxeologiyası üçün əhəmiyyətli olduğunu bildirərək, gələcəkdə də bu ərazilərdə genişləndirilmiş tədqiqat işlərinin aparılacağını deyib.
Sonra Bəhlul İbrahimli tədqiqat zamanı aşkar olunan maddi-mədəniyyət nümunələrini – bəzək əşyalarını, qəbirləri, tikililər və sümük qalıqlarını, daşlar üzərinə həkk edilmiş təsvirləri videogörüntü vasitəsilə tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, ekspedisiya zamanı ərazidən aşkar edilən 229 maddi-mədəniyyət nümunəsi yaxın günlərdə bölmənin Аrхeоlоgiyа və Etnоqrаfiyа Muzeyinə təqdim ediləcək.
Daha sonra arxeoloji ekspedisiyanın rəhbəri tədbir iştirakçılarının suallarını cavablandırıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info