Şahin İsmayılov Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında çıxış edib
Tarix: 17.10.2017 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Oktyabrın 14-də Sankt-Peterburqda Parlamentlərarası İttifaqın (PAİ) 137-ci Assambleyası və komitələri öz işinə başlayıb. Azərbaycan Respublikası Milli Məclisin deputatı Şahin İsmayılov PAİ-nin Sülh və Beynəlxalq Təhlükəsizlik Komitəsinin oktyabrın 17-də keçirilən iclasında iştirak edib. Komitənin keçirilən iclasında gündəliyin mövzusu Beynəlxalq sülhməramlı qoşunların münaqişə ocaqlarında rolu barədə olub. Tədbirdə söz alan deputat Ş.İsmayılov Azərbaycan Silahlı Qüvvələri sülhməramlılarının Kosovada, daha sonra Əfqanıstanda və İraqda sülhə verdiyi töhfələr barədə geniş məlumat verib. O, eyni zamanda qeyd edib ki, sülhməramlılarımıza İraqda peşəkarlığa, nizam-intizama və yüksək səviyyəli xidmətinə görə İraq hökuməti və beynəlxalq qurumlar tərəfindən dəfələrlə təşəkkür alıb.
Parlamentlərarası İttifaq ən qədim beynəlxalq parlament təşkilatıdır və keçirilən Assambleya dünyanın ən böyük parlament assambleyasıdır. 1889-cu ildə yaradılmış bu ittifaq dünyanın 173 ölkəsinin parlamentarilərini və 11 parlamentlərarası təşkilatı birləşdirir. PAİ-nin Assambleyası və digər iclasları oktyabrın 18-də başa çatır.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info