ƏƏSMN elektron xidmətlərindən ən çox istifadə olunan qurumdur
Tarix: 17.10.2017 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


9 ay ərzində “Elektron hökumət” portalına edilən 17 milyon 555 min 749 müraciətin 40 faizə yaxını əmək və sosial müdafiə sahəsi üzrə e-xidmətlərə yönəlib
 
Cari ilin yanvar-sentyabr aylarında “Elektron hökumət” portalındakı (www.e-gov.az) elektron xidmətlərə ümumilikdə 17 mln. 555 min 749 müraciət qeydə alınıb ki, həmin müraciətlərin 40%-ə yaxını əmək və sosial müdafiə sahəsi üzrə xidmətlərə yönəlib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hesabat dövründə qurum portalda elektron xidmətləri təqdim olunan qurumlar sırasında elektron  xidmətlərindən istifadə sayına görə birinciliyini qoruyub saxlayır. Cari ilin 9 ayında da portalda e-xidmətlərinə ən çox müraciət edilən qurum 7 006 756 müraciət sayı ilə ƏƏSMN olub.
 
Hazırda “E-hökumət” vasitəsilə ümumilikdə 43 qurum tərəfindən 434 elektron xidmət əhalinin istifadəsindədir. Onlardan 6,5%-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid e-xidmətlərdir.
 
Nazirliyin e-xidmətlərinin əksər hissəsi geniş istifadəçi kontingenti ilə seçilirlər. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “İş yerinə dair arayış”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” belə e-xidmətlərdəndir.
 
Həmçinin “Sığortaolunanlara məlumatların verilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Pensiya kalkulyatoru”, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması” və s. e-xidmətlərdən istifadə sayı daim artır.
 
Təkcə ötən ay nazirliyin e-xidmətlərinə keçən ilin sentyabr ayı ilə müqayisədə 20,7 faiz çox, yəni 520 205 müraciətin olunması da bunu təsdiq edir. 
 
Ümumilikdə bu gün əmək, sosial sığorta və pensiya, müavinət və sosial yardım münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya sahələri üzrə geniş e-xidmətlər şəbəkəsi əhalinin istifadəsindədir. Nəticədə isə qeyd olunan sahələrdə məmur-vətəndaş kontaktları aradan qaldırılmaqla, dövlət xidmətlərindən əhalinin şəffaf şəraitdə və daha rahat şəkildə istifadəsinə, bu xidmətlərin sosial cəhətdən həssas əhali qrupları üçün əlçatanlığına nail olunub. Bu amillər isə nazirliyin e-xidmətlərinə ictimai marağın getdikcə artmasına əsas yaradıb.
 
Nazirlik tərəfindən aidiyyəti fəaliyyət  sahələri üzrə avtomatlaşdırılmış sistemlərin və elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi işləri hazırda da davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info