TAP Albaniyaya əlavə 800 mln. avro yatıracaq
Tarix: 17.10.2017 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


TAP konsorsiumu 2017-2018-ci illərdə Albaniyaya ümumilikdə 800 mln. avro məbləğində investisiya yatıracaq. “Emerging Europe” nəşri xəbər verir ki, bu, ölkə iqtisadiyyatına yatırılan ən irihəcmli xarici investisiyadır. Ölkə iqtisadiyyatına yatırılacaq birbaşa xarici investisiyaların həcmi 1,5 mlrd. avro təşkil edəcək.
Məlumata görə, TAP-ın tikintisi zamanı Albaniya şirkətləri üçün yeni iş yerlərinin yaradılması prosesi davam etdiriləcək. Artıq layihədə birbaşa olaraq 2 800 nəfər işçi çalışır.
Konsorsiumun baş icraçı direktoru Ulrike Andres bildirib ki, TAP-ın inşası nəticəsində Albaniyanın geostrateji əhəmiyyəti artacaq: “Artıq bir çox yerli müəssisələr layihədə iştirak edirlər və layihənin növbəti mərhələlərini inkişaf etdirəcəklər. TAP Albaniyanı regional qaz qovşağına çevirməyə kömək edəcək. Albaniya ölkənin qaz nəqli şəbəkəsini inkişaf etdirə biləcək və digər Avropa ölkələri ilə bu üstünlüklərdən istifadə edəcək. Qaz şəbəkəsinin inkişafı elektrik enerjisinin istehsalını xeyli yaxşılaşdıracaq. Albaniya Şərqi Avropa ölkələrinin qazlaşdırılmasında aparıcı rol oynaya biləcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Mərkəzi Bank uçot dərəcəsini azaldıb
26.04.2019
“2019 İxraca Dəstək” mövzusunda təlim keçirilib
26.04.2019
Vüsal Qasımlı Koreya səfirini qəbul edib
26.04.2019
“AtaBank” “Formula 1“ yarışları zamanı fasiləsiz xidmət göstərəcək
26.04.2019
Mərkəzi Bank ilin sonuna inflyasiyanın səviyyəsinin 4 faiz olacağını gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10760

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 “Həkimlər valideynlərin dili ilə“
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info