“Ağ qızıl“ın şəfa əhəmiyyəti
Tarix: 17.10.2017 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Pambıq ölkəmizdə çoxdan əkilib-becərilən bitkilərdən biridir. Mənbələr hələ XV əsrdə Şamaxıdan Rusiyaya pambıq məhsullar aparıldığından xəbər verir. XVIII əsrdə Mil-Muğan və Şirvan düzlərində, XIX əsrin əvvəllərində isə Quba və Bakının bəzi əyalətlərində də pambıqçılıq inkişaf etdirilib.
Milli.Az bildirir ki, həmin əsrin 30-cu illərindən Azərbaycanda Misir və Amerika, həmçinin Mazandaran və İran pambıq sortları becərilməyə başlanılıb.
Pambıq istilik və işıqsevən bitki olduğuna görə isti iqlimli ölkələrdə bitir. Hələ eramızdan 3 min il əvvəl Hindistanda pambıq əkilirdi. Misirdə onu eramızdan əvvəl VI-V, Qafqaz ərazisində isə eramızdan əvvəl VII-IV əsrlərdən becərirlər. Qiymətli bitki olduğuna görə onu "ağ qızıl" adlandırırlar.
Hesablamalara görə, 100 qram pambıqdan təqribən 30-35 faiz lif alınır və lifdən müxtəlif parçaların toxunmasında istifadə olunan iplik əldə edilir. Pambıqdan təkcə parça istehsal olunmur, onun müalicəvi əhəmiyyəti də çoxdur. Müalicə məqsədilə daha çox pambığın kökləri, həmçinin yarpaq, toxum, çiçək və məhsulundan istifadə edilir.
Pambıq köklərinin dəmləmə və bişirməsi orqanizmə virus əleyhinə və antibakterial təsir göstərir və həmin xüsusiyyətinə görə dəri xəstəliklərinin, herpes və dəmrovun müalicəsində istifadə olunur. Qanda xolesterinin səviyyəsini salır, arterial təzyiqi tənzimləyir, hipertoniya və aterosklerozdan əziyyət çəkən xəstələrə müalicə və profilaktika məqsədilə verilir. Pambıq toxumu qaynadılaraq qəbul ediləndə orqanizmi tonuslandırır, E vitamini ilə zəngin olduğuna görə menstrual sikl pozulmalarının və sonsuzluğun müalicəsində istifadə olunur.
Pambıq yağı üz dərisinin yenilənməsi və dəridə olan yaraların sağalmasını sürətləndirir. Zökəm vaxtı qaynadılmış pambıq yarpaqlarının buxarı ilə inhalyasiya etmək burun tutulmasının qarşısını alır. Yanmış pambığın və yaxud pambıq köklərinin tozu yara nahiyəsinə səpiləndə qankəsici təsir göstərir.
Kulinariyada salat və xörəklərin hazırlanmasında da pambıq yağından istifadə edilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Külək və günəş stansiyaları üçün ərazilər müəyyənləşdirilib
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info