Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 7 dəfə artıb
Tarix: 17.10.2017 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 7 dəfə artaraq 100 milyon dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev oktyabrın 17-də Bakıda keçirilən Azərbaycan-Belarus biznes-forumunda deyib.
Y.Abdullayev Azərbaycanda əlverişli biznes və investisiya mühiti, sahibkarlığın inkişafı sahəsində həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verib. Vitse-prezident qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, iqtisadiyyatın diversifikasiyası, ixracın genişləndirilməsi, özəl sektorun gücləndirilməsi, biznes mühitinin genişləndirilməsi istiqamətində görüləcək işlər, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, Azərbaycan-Belarus iqtisadi əlaqələri və əməkdaşlıq imkanları barədə danışıb.
Azərbaycan iqtisadiyyatına Belarusda böyük maraq var. Ölkələrimiz arasında iqtisadi sahədə geniş əməkdaşlıq imkanları mövcuddur. Ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyən palata rəhbəri iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Biznes-forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Belarusun Ticarət Sənaye Palatası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu ASK-nın prezidenti Məmməd Musayev və Belarusun Ticarət Sənaye Palatasının rəhbəri Vladimir Ulaxoviç imzalayıblar.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Qeyd edək ki, biznes-forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, əczaçılıq, İKT, konsaltinq, turizm, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info