Daşkənddə Azərbaycanla bağlı yaradılan dərnək və kursların təqdimatı olub
Tarix: 17.10.2017 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


Artıq 4 ilə yaxındır ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində kurs və dərnəklər fəaliyyət göstərir. Mədəniyyətin müxtəlif sahələrinə aid bu kurs və dərnəklərdə Azərbaycan mədəniyyətini, incəsənətini, musiqi və rəqs sənətini təbliğ etməklə yanaşı, habelə Azərbaycan dilinin tədrisi geniş şəkildə həyata keçirilir.
Təqdimat mərasimində Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərləri, tanınmış təhsil, mədəniyyət xadimləri, fəxri qonaqlar, Daşkənddə fəaliyyət göstərən internat və orta məktəblərin müəllim və şagirdləri, jurnalistlər iştirak ediblər.
Mədəniyyət Mərkəzində fəaliyyət göstərən rəsm və əl işləri dərnəyinin fəal şagirdlərinin əl işlərindən ibarət sərgi, habelə Mərkəzin foyesində dərnəklərin hazırladığı masterklaslar iştirakçılara təqdim edilib. Açılışda çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ötən illərdə Mərkəzdə yaradılan rəqs, rəsm, əl işləri, fortepiano, Azərbaycan dili və kompüter kursları haqqında məlumat verərək, əsas məqsədlərinin Azərbaycanın zəngin mədəniyyətini, dilini təbliğ etmək, iki ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək, habelə yeni-yeni istedadları üzə çıxararaq onların fəaliyyətinə stimul vermək olduğunu bildirib. O, Azərbaycanda və Özbəkistanda uşaq və yeniyetmələrə qayğı, ölkəmizdə Heydər Əliyev Fondunun dəstəyi ilə yeni – yeni uşaq – internat evlərinin, sağlamlıq və reabilitasiya mərkəzlərinin inşası barədə danışaraq, gələcəyimiz olan uşaqlara qayğı, onların bilikli, bacarıqlı və öz tarixlərinə, mədəniyyətlərinə dərindən yiyələnməsinin vacib olduğunu vurğulayıb.
Daşkənd şəhər İnternat məktəbləri üzrə koordinasiya Şurasının sədri Oybek Babacanov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirərək, burada uşaq və yeniyetmələrin öz fəaliyyətlərini inkişaf etdirmək üçün bütün şəraitin olduğunu qeyd etdi.
Daha sonra Mədəniyyət Mərkəzinin Azərbaycan dili kursunun təqdimatı başlandı, kurslarda iştirak edən uşaq və yeniyetmələr Azərbaycan dilində ölkəmizə aid şeirlər söylədilər.
Mərkəzin nəzdindəki kompyuter kurslarının fəal şagirdlərinin Azərbaycanın tarixi, mədəniyyəti, turizm resurslarına, habelə Qarabağın şəhərləri, abidələrinə dair xüsusi proqramla hazırladıqları slayd şou nümayiş etdirilib. Mərkəzdəki kompyuter kurslarında artıq dizayn və qrafika proqramları tədris olunur.
Qeyd edək ki, Mədəniyyət Mərkəzi kurslarda istifadə olunan tədris vəsaitləri və əyani vasitlərlə uşaq və yeniyetmələri təmin edir.
Artıq 5 ilə yaxındır ki, Mədəniyyət Mərkəzində rəqs dərnəyi fəaliyyət göstərir ki, dərnəkdə yüzlərlə azərbaycanlı, özbək və digər millətlərin uşaq və yeniyetmələri, Azərbaycan rəqs sənətinin sirlərini öyrənir. Artıq dərnəyin nəzdində “Azərbaycan qızları” və kişik yaşlı uşaqlardan ibarət “balaca fidanlar rəqs ansamblları fəaliyyət göstərir və onlar Özbəkistanda keçirilən beynəlxalq tədbirlərdə iştirak edirlər. Ansamblın bədii rəhbəri Azərbaycan və Özbəkistanın əməkdar artisti Kaykep Əliyevadır.
Qısa müddətdir ki, fəaliyyətə başlayan fortepiano dərnəyinin uşaqlarının çıxışı maraqla qarşılandı, bir sıra Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olundu.
Sonda kurs və dərnəklərdə xüsusi fəallıq göstərən müdavimlərə Mədəniyyət Mərkəzinin xüsusi sertifikatları verildi və yeni tədris ilində kurslara və dərnəklərə qəbulla bağlı prioritetlər elan olundu.
Təqdimat mərasiminin sonunda IDEA İctimai Birliyinin “Azərbaycanın 9 möcüzəsi” adlı layihəsi çərçivəsində çəkilmiş “Göygöl Milli Parkı” sənədli film iştirakçılara təqdim olunub. Azərbaycanın əsrarəngiz təbiət gözəlliyi, Göygöl Milli Parkı, Azərbaycan təbiətinin incisi olan Göygölün yaranması, buranın zəngin flora və faunası maraqla iştirakçıların böyük marağına səbəb olub. Layihənin təşəbbüskarı və rəhbəri
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri
Leyla Əliyeva, filmin rejissoru İqor Bışnyovdur.
Tədbir çərçivəsində Daşkənddə fəaliyyət göstərən internat məktəblərin şagirdləri üçün Azərbaycan milli mətbəxinə dair yeməklərə qonaq ediliblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info