Tələbələr Metropolitendə istehsalat təcrübəsinə cəlb olunub
Tarix: 17.10.2017 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


«Bakı Metropoliteni» QSC-nin ölkənin aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup tələbəsi Bakı metropolitenində istehsalat təcrübəsinə cəlb olunub.
Bu ali təhsil müəssisəsi ilə bağlanmış memoranduma əsasən həyata keçirilən əməkdaşlıq çərçivəsində ADNSU-nun informasiya texnologiyaları və idarəetmə fakültəsində metrologiya ixtisası üzrə təhsil alan 25 tələbəyə metropolitenin diaqnostika və metroloji təminat mərkəzinin bazasında yaradılmış şəraitdən maksimum faydalanması üçün imkan yaradılıb.
Təcrübədə olan tələbələrin universitetdə əldə etdikləri nəzəri bilikləri tətbiq etməsi məqsədilə lazımi proqram hazırlanıb. İxtisaslarına uyğun olaraq, müdavimlər metrologiyanın istehsalatdakı rolu ilə əyani şəkildə tanış olacaq, həmçinin müəssisənin metroloji bazasının malik olduğu ən müasir avadanlıq və cihazların pratik istifadəsini müşahidə edəcəklər. 
Tələbələrdə metropoliten barədə ətraflı məlumat və tətbiq edilən yeniliklər, müasir texnologiyalar barədə təsəvvürün yaranması məqsədilə onların ayrı-ayrı sahələrlə tanışlığı da təmin edilir. Tələbələr metropolitendə keçirdikləri ilk həftədə diaqnostika kompleksində, yolun vəziyyətinə nəzarət və diaqnostika laboratoriyasında, lokomotiv və yol təsərrüfatlarında, metropolitendə vaqonların təmirdən sonra sınaqdan keçirilməsi üçün tikilən sınaq yolunda tətbiq edilən ən müasir texnologiyalarla tanış olublar.
İstehsalat təcrübəsi prosesinin daha səmərəli təşkili məqsədilə tələbələr 2 qrupa bölünüblər. Praktik məşğələlər qarşılıqlı razılaşmaya uyğun olaraq, hazırlanmış proqrama əsasən, iki ay davam edəcək.
Qeyd edək ki, yeni kadrların hazırlanması prosesini diqqət mərkəzində saxlayan «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi bu istiqamətdə mühüm addımlar atır. Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq, həmçinin ölkənin bir neçə tədris ocağı ilə imzalanmış memorandumlara uyğun olaraq, yeni nəsil kadrların hazırlanması istiqamətində müxtəlif proqramlar həyata keçirilir, bu prosesdə daha çox fərqlənən tələbələr gələcəkdə əmək karyerasını metropolitendə qurması üçün diqqət mərkəzində saxlanılır. Onu da əlavə edək ki, 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat İnstitutu, Azərbaycan Texniki Universitetinin tələbələrindən ibarət SABAH qrupunun, cari ilin birinci yarısında isə ADNSU-nun bir qrup tələbəsi metropolitendə istehsalat təcrübəsinə cəlb ediliblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info