80 laçınlı məcburi köçkün ailəsi yeni mənzillə təmin edilib
Tarix: 17.10.2017 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2017-ci ilin doqquz ayında laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 32 səyyar qəbul keçirilib. 2585 nəfərin iştirak etdiyi bu qəbullarda 242, rayon icra hakimiyyəti başçısı aparatında isə 2664 rayon sakininin müraciəti dinlənilib.
Bu barədə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunan yığıncaqda məlumat verilib. Yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə dinlənilib, laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, Abşeron, Sabunçu və Xətai rayonlarında inşa edilən yaşayış binalarında 80 laçınlı məcburi köçkün ailəsi yeni mənzillə təmin edilib. Cari ilin ötən dövründə Taxtakörpü və Qayğı qəsəbələrində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb. Taxtakörpü ərazisində məskunlaşmış köçkün ailələrinin fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 0,4 və 10 kVa-luq hava xətlərində cari təmir işləri görülüb, 6000 metr naqil yenisi ilə əvəzlənib. Qarıqışlaq, Vağazin, Mirik, Fingə və Qarakeçdi obalarında yeni transmormatorlar quraşdırılıb, müxtəlif gücə malik 40 transformator təmir olunub. Qarakeçdi və Mişni obalarında 0,4 kVa-luq elektrik verilişi xətləri əsaslı təmir edilib.
Əhalinin su təminatını yaxşılaşdırmaq üçün Vağazin və Sadınlar obalarında yeni subartezian quyusu qazılıb, Mişni obası və 21 ailəlik qəsəbədə su nasosları təmir olunub. Qarıqışlaq, Qılışlı, Mayis, Alxaslı və Mişni obalarına çəkilmiş plastik içməli su borusunun yararsız vəziyyətə düşmüş 450 metr hissəsi yenisi ilə əvəz edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Ağbulaq, Sadınlar və Fingə obalarında modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılıb.
Yığıncaqda diqqətə çatdırılıb ki, Laçın rayon əhalisi əsasən heyvandarlıq və bitkiçiliklə məşğul olur. Hesabat dövründə əhali və fermer təsərrüfatlarında 35 min 780 baş iribuynuzlu, 195 min 492 baş xırdabuynuzlu heyvan olub. Bu dövrdə 1758,7 ton ət, 11 min 508,2 ton süd, 351,5 ton yun istehsal olunub. Taxtakörpü ərazisində məskunlaşan məcburi köçkünlər tərəfindən 2257 ton taxıl istehsal edilib, 101 hektarda pambıq becərilib. Hazırda tarlalarda pambıq yığımı davam edir.
Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrə əsasən, Taxtakörpü ərazisində qəsəbələrin tikintisi, 552 ailəlik qəsəbədə həyətyanı sahələrə təsərrüfat suyunun çəkilməsi, obalarda daxili avtomobil yollarının, içməli su xətlərinin tikintisi və bərpası qarşıda duran vəzifələrdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info