Avstriyada da millətçilər hakimiyyəti ələ keçirdilər
Tarix: 17.10.2017 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


İslamofob, antimiqrant təbliğat aparan namizəd qələbə çaldı

«Cəmiyyət onun populyarlığını qeyri-dəqiq şüarları ilə qəbul etməyə başladı və bundan əlavə, belə görünür ki, sağçı siyasətçilərin də şöhrəti artırmaqdadır». Bu fikirləri «Der Spiegel» nəşrinin köşə yazarı Xaznain Kazim Avstriyada keçirilən parlament seçkilərinin nəticələrinə istinad edərək yazır: «Avstriya, demək olar ki, yer üzündəki cənnət diyarlardan biridir. Ölkədəki həyat səviyyəsi dünyanın bütün başqa inkişaf etmiş ölkələri ilə müqayisə edilə bilər. Təbii ki, başqa Avropa ölkələri kimi, Avstriya da öz ərazisinə xeyli miqrant qəbul etməsinə baxmayaraq, yaranmış müvəqqəti çətinliklərlə mübarizə apararaq sabaha inamla baxır».
«Lakin avstriyalılar qıcıqlanmağa meydan oxuyaraq, "etirazın lehinə seçim edirlər"-yazan köşə yazarı onların "problemləri həll etmək üçün deyil, qəzəbli çıxış üzərində kökləndiklərini bildirir: «Avstriyalılar ölkələrinin mədəniyyət və ənənələrinin təhdid altında olduğunu iddia edərək qorxu və narahatlıqlar nümayiş etdirirlər. Onların əsas iddiasına görə İslamlaşma ölkəni ağuşuna alaraq təhdid etməkdədir. Onların məntiqincə, əgər yaxın zamanlarda hər hansı bir addım atılmayacağı təqdirdə, ölkə tanınmaz hala düşə bilər». Bunları da «Der Spiegel» nəşrinin köşə yazarı yazır.
Maraqlıdır ki, ölkədəki seçkiöncəsi kampaniyada əsas rol sosial, vergi, təhsil, iqtisadi, nəqliyyat siyasəti, tibb və pensiya kimi məsələlər deyil, daha çox qaçqın, köçkün və İslamla bağlı məsələlər qabardırılaraq mənfi mənada təbliğ edilirdi.
«Qeyd edilməlidir ki, İslama qarşı mənfi rəy yaratmaqda ilk sırada qərar tutan Avstriya Azadlıq Partiyasını idi. Ölkədə fəaliyyətdə olan başqa bir partiya- millətçi Avstriya Xalq Partiyası daha cəlbedici fikirlər səsləndirməklə antiislam mövqeni təbliğ etməkdədir. Bəlkə də, Avstriya Xalq Partiyasının uğurlu nəticəyə sahiblənməsi bunun nəticəsi kimi dəyərləndirilir. Maraqlıdır ki, ölkədəki Avstriya Sosial Demokratlar partiyası da seçkiöncəsi açıqlamalarında "sağ tərəfli yanaşma"ya önəm verməkdən belə çəkinməyib». Xatırladaq ki, bu fikirləri də Xaznain Kazimi öz məqaləsində bildirir.
Avstriyadakı seçkilərdə sağçılar xarici düşmənçilik, İslamofobiya, avroskeptika və antimiqrasiya hesabına «qələbə çalmağı» bacardılar. Başqa bir nüans isə «qaliblər»in verdiyi bəyanatların ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb onlarda xoş ovqat yaratmasındadır. Görünür, bu ölkədə demokratiya əksəriyyətin gücü olduğundan, siyasətçilər də hər şeyin məqsədli olduğunu düşünürlər. Köşə yazarına görə, miqrantların «Balkan marşrutu»nun dəhşətli nəticələrlə bağlanmasının «memarı» olan gələcək kansler Sebastyan Kurtz bu vəziyyətdən utanmaq əvəzinə, səssiz qalıb.
Artıq əminliklə Avstriyadakı siyasətin neonatsistlərlə əlaqəsi olan sağçı populistlər tərəfindən müəyyən ediləcəyini söyləmək olar. Burada təbii ki, hər hansı bir ictimai etirazın ola bilməsindən söhbət gedə bilməz: «Təhlükəlisi isə budur ki, bu düşüncə tərzinin normal olduğunu düşünməyə başlamağımızdır.Belə görünür ki, irqçilik artıq cəmiyyətin daxilinə nüfuz etməkdədir.»
Daha maraqlısı isə ölkəni idarə edəcək gələcək kanslerin bütün bunların daimi siyasətdə yeni bir üslub olduğunu söyləməsidir. Maraqlıdır, o, bunun ekstremizmin yeni üslubun bir hissəsi olmasının qarşısını ala biləcəkmi?
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info