Myanmadan Banqladeşə qaçan müsəlmanların sayı 582 min nəfərə çatıb
Tarix: 17.10.2017 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Avqustun 25-dən başlayaraq Myanmadan Banqladeşə qaçan arakanlı müsəlmanların sayı 582 min nəfərə çatıb. Bu barədə BMT-nin qaçqınların işləri üzrə ali komissarı idarəsinin mətbuat xidməti məlumat yayıb. “Bizdə olan məlumata görə, avqustun 25-dən indiyədək qaçqınların sayı 582 min nəfər təşkil edir”, - deyə mətbuat katibi Andrey Maxeçiç bildirib. Eyni zamanda, Beynəlxalq Miqrasiya Təşkilatı avqustun sonlarından Koks-Bazara 537 min rohinca müsəlmanlarının gəldiyi, bununla da Banqladeşdəki qaçqınların sayının 800 min nəfəri ötdüyü barədə məlumat verib. Xatırladaq ki, Myanmanın qərbində rohinca xalqına məxsus müsəlmanların yaşadığı Rakhayn ştatında hərbçilərin və silahlıların hücumları nəticəsində minlərlə insan vəhşicəsinə qətlə yetirilib, 200-ə yaxın yaşayış məntəqəsi dağıdılıb. 1970-ci illərdən bəri davam edən müntəzəm hücumlar və etnik təmizləmələr nəticəsində Myanmada yaşayan 2 milyondan çox müsəlmanların 84 faizi qonşu ölkələrə sığınmağa məcbur olub.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info