Böyük ixraca hesablanan logistik mərkəzlər, aqroparklar və sənaye zonaları yaradılacaq
Tarix: 18.10.2017 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Strateji Yol xəritələrində nəzərdə tutulan tədbirlərin icra intizamına onlayn nəzarət edilməsi məqsədilə elektron portal fəaliyyətə başlayıb

Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.
İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident ölkəmizin uğurlu və hərtərəfli inkişafını qeyd etmişdir. 2017-ci ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2,5%, qeyri-neft sənayesi 3,1%, kənd təsərrüfatı 2,8%, xarici ticarət dövriyyəsi 7% artıb, müsbət saldo 4,4 mlrd. ABŞ dolları olub. Bu dövrdə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq 42 milyard ABŞ dolları təşkil edib. Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident sosial-iqtisadi sahədə qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı valyuta ehtiyatlarının artırılması, qeyri-neft sektorunun sürətli inkişafının davam etdirilməsi, ilin sonunadək Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlərin həlli, infrastruktur layihələrinin icrasının, o cümlədən meliorativ tədbirlərin davam etdirilməsi, sahibkarlığın inkişafı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmənin tam həcmdə təmin edilməsi, heyvandarlıq, pambıqçılıq, baramaçılıq, tütünçülük fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq və digər sahələrin inkişaf etdirilməsi, böyük ixraca hesablanmış logistik mərkəzlərin, aqroparkların və sənaye zonalarının yaradılmasınən davam etdirilməsi, yeni xalçaçılıq müəssisələrinin və yün tədürükü məntəqələrinin açılması, yeni otellərin tikintisi, “ASAN xidmət” mərkəzlərinin tikintisinin davam etdirilməsi, işsizliyin aşağı səviyyədə saxlanması, yeni iş yerlərinin yaradılması və s. tapşırıqlar verib. Kollegiya iclasında dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret göstərişlər verilib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb. İqtisadiyyat naziri Şahin Mustafayev Kollegiya iclasında qeyd edib ki, dövlət başçısı Nazirlər Kabinetinin iclasında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrində dövlət qurumları üçün nəzərdə tutulan bütün tədbirlərin 2020-ci ilə qədər öz həllini tapmalı olduğunu vurğulayıb. Bununla əlaqədar olaraq, Kollegiya iclasında İqtisadiyyat Nazirliyinin Strateji Yol xəritələrində həmicraçı olduğu 364 tədbir, o cümlədən əsas icraçı olduğu 135 tədbir üzrə görülmüş işlər barədə nazirliyin aidiyyəti üzrə əlaqələndirici məsul əməkdaşlarının hesabat məruzələri dinlənilib, digər icraçı qurumların nümayəndələrinin də iştirakı ilə 64 işçi qrupun yaradıldığı vurğulanıb, bu işçi qrupların, habelə Strateji Yol xəritələrində nəzərdə tutulan tədbirlərin icra intizamına onlayn nəzarət edilməsi və hesabatlılığın təmin olunması məqsədilə yaradılmış elektron portalın fəaliyyəti barədə məlumat verilib.
İclasda Strateji Yol xəritələrində nəzərdə tutulan tədbirlərin tam, vaxtında və keyfiyyətlə icrasına nəzarətin daha da gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində müvafiq struktur bölmənin yaradılması, İqtisadiyyat Nazirliyi üçün müəyyən olunmuş vəzifələrin icrası barədə məlumatlandırılmanın təkmilləşdirilməsi və əhatəliliyinin artırılması, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə mütəmadi görüşlərin keçirilməsi və məlumat mübadiləsinin genişləndirilməsi qərara alınıb. Kollegiya iclasında, həmçinin Prezidentin müvafiq sərəncamı ilə təltif edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar və onların vəsiqələri təqdim olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info