Şəmkirdə 3500-dən çox yeni iş yeri açılıb
Tarix: 18.10.2017 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


Bu ilin doqquz ayında Şəmkir rayonunda abadlıq-quruculuq işləri uğurla davam etdirilib. Avqust ayında Prezident İlham Əliyevin rayona tarixi səfəri zamanı bir sıra sosial obyektlərin açılışı gerçəkləşib. Rayonda “Azərxalça” ASC-nin Şəmkir filialının, Şəmkir Dağ Cəyir avtomobil yolunun, “Azərişıq” ASC-nin Şəmkir İdarəetmə Mərkəzinin, “Aqropark” Logistika Mərkəzinin açılışı olub.
Bu sözləri Şəmkir rayonunun ötən doqquz ayda sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov deyib.
Hesabat məruzəsində diqqətə çatdırılıb ki, 2014-cü ilin son rübündən etibarən kənd təsərrüfatı məhsullarının istehsalını, tədarükünü, emalını və realizasiyasını təmin etmək məqsədi ilə Şəmkir rayonunda fəaliyyət göstərən 42 bələdiyyənin nəzdində respublikada ilk dəfə olaraq 45 məhdud məsuliyyətli cəmiyyət təsis edilib, bir sıra sosial layihələrin, o cümlədən kənd təsərrüfatı üzrə pilot layihələrin icrasına başlanılıb.
Bildirilib ki, cari ildə 8304 hektar sahədə buğda, 5777 hektar sahədə arpa əkilib. Buğda sahələrindən 26822 ton, arpa sahələrindən isə 16233 ton məhsul yığılıb, 6489 hektar kartof sahəsindən 112808 ton məhsul götürülüb. Məhsuldarlıq əvvəlki illə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Həmçinin 1203 hektar sahədə şəkər çuğunduru əkilib. Barama istehsalı 2016-cı ildə 2891 kiloqram olduğu halda, bu il 5054 kiloqram məhsul əldə edilib.
Qeyd olunub ki, son doqquz ayda rayonda 3611 yeni iş yeri yaradılıb. Onun da 1122-si daimidir.
Yığıncaqda rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisinin davam etdirildiyi də diqqətə çatdırılıb.
Vurğulanıb ki, əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsi istiqamətində bir sıra işlər görülüb. Belə ki, Şəmkir şəhəri, Kür qəsəbəsi, Dəllər Cəyir və Dəllər-Daşbulaq kəndlərindən sonra Çaparlı kəndinin də elektrik təsərrüfatı yenidən qurularaq müxtəlif diametrli SİP kabellər çəkilib, abonentlər smart sayğaclarla təmin olunublar.
Şura yığıncağında xidməti təşkilatların hesabatları dinlənilib, qarşıda duran məsələlər və problemlərin həlli yolları müzakirə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info