Efiopiyada Azərbaycanın milli mətbəx günləri keçirilir
Tarix: 18.10.2017 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Əddis-Əbəbə şəhərində Azərbaycanın milli mətbəx günləri keçirilir.Azərbaycanın Efiopiyadakı səfirliyindən verilən məlumata görə, Afrika İttifaqına ev sahibliyi edən və Afrika qitəsinin siyasi paytaxtı hesab olunan Efiopiyanın Əddis-Əbəbə şəhərində ilk dəfə olaraq, Azərbaycanın milli mətbəx günləri keçirilir.
Tədbir Azərbaycanın Müstəqillik Gününə və Azərbaycan ilə Efiopiya Federativ Demokratik Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyinə həsr olunur. Milli mətbəx günləri Əddis-Əbəbənin tanınmış “Radisson Blu” mehmanxanasında təşkil olunub.
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev, “Radisson Blu” mehmanxanasının Baş direktoru Hans Peter və Azərbaycandan gələn kulinar İmran Alıyev mətbuat konfransı çərçivəsində Azərbaycan və onun tarixi, adət-ənənələri, mətbəxi haqqında jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.
Mətbuat konfransından sonra tədbirin açılış mərasimində çıxış edən səfir E.Abdullayev ölkəmizin qədim tarixi və mədəniyyəti barədə ətraflı məlumat verərək, mətbəx günlərinin iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanımasına xidmət etdiyini vurğulayıb. Səfir E.Abdullayev mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanın tarixən formalaşan zəngin milli mətbəxinin təkrarolunmaz müxtəlifliyi ilə seçildiyini qeyd edib.
“Radisson Blu” mehmanxanasının baş direktoru ilk dəfə Azərbaycan milli mətbəx günlərinin məhz bu mehmanxanada təşkil edildiyinə görə, şərəf duyduğunu qeyd edərək, mehmanxananın qonaqlarına Azərbaycanın milli mətbəxinin tarixi, fəlsəfəsi və əsasları barədə geniş məlumat əldə etmək imkanı yaradacağını vurğulayıb.
Tədbirdə Əddis-Əbəbədə akkreditə olunmuş səfirlər, diplomatlar, Afrika İttifaqının nümayəndələri, Efiopiya rəsmiləri, yerli media nümayəndələri və Azərbaycanın ali təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunlar iştirak ediblər.
Tədbir zamanı qonaqlara Azərbaycanın süfrə mədəniyyəti, qonaqpərvərliyi və ənənələri barədə video çarxlar nümayiş etdirilib. Tədbir Efiopiyanın yerli mətbuatı tərəfindən geniş işıqlandırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info