“Qarabağ“ bizə çətinlik yarada bilər“
Tarix: 18.10.2017 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


“Bizi çətin oyun gözləyir. İlk iki matçda uğursuzluq olsa da, komandama güvənirəm”. Bu sözlər “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə məxsusdu.
İspaniya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq.
Bakı Olimpiya Stadionunun konfrans zalında təşkil edilən mətbuat konfransında Simeone fikrini bu sözlərlə davam etdirib: “İnanıram ki, komandam sabah lazımi qələbəni qazanacaq. Bizdə gözləntilər konkret bir oyunçu üzərində deyil. Hamıdan eyni oyunu gözləyirəm”.
- “Barselona” ilə matçda heç-heçə etdiniz. Həmin nəticədən sonra narahat deyilsiniz?
- Komandamın düzgün yolda olduğunu bilirəm. Çalışırıq ki, oyundan-oyuna “artıraq”. “Roma” ilə matçda qələbə qazanmalı idik, amma heç-heçə ilə kifayətləndik. Hər hansı dəyişiklik düşünmürəm. Komandama güvənirəm.
- “Qarabağ” o qədər də güclü deyil. Kimisə sınamaq fikrində deyilsiniz?
- Bizə 3 xal lazımdı. Bunun üçün hansı dəyişiklik lazımdısa, onu da edəcəyik. “Astana” ilə matçda xal itkimiz olub. Belə bir təcrübəmiz var. “Qarabağ” “Roma”ya asanlıqla məğlub olmayıb. Bu da bizi çətin oyunun gözlədiyini deməyə əsas verir.
- “Barselona” və “Çelsi” kimi komandalarla oyunlardan sonra“Qarabağ”a qarşı matça uyğunlaşmaq çətin olmur?
- Hər oyunun öz gözəlliyi var. Rəqibin kimliyindən asılı olmayaraq, hədəfimiz qələbə olur.
- “Qarabağ”da kimi özünüz üçün təhlükəli hesab edirsiniz?
- Rəqibin heyətində həm hücumçular, həm də cinah oyunçuları təhlükəlidi. Miçeli qeyd edə bilərəm.
- “Qarabağ” ispan futboluna yaxın oyun sərgiləyir. Belə komandaya qarşı çıxış etmək sizə nə kimi çətinlik yarada bilər?
- “Qarabağ” ispan futboluna yaxın oyun göstərir. Bunu təsdiqləyə bilərəm. Amma hər matça fərqli yanaşırlar. “Çelsi” və “Roma”ya qarşı fərqli oyun göstərmişdilər. Əsasən 4-3-3 və 4-2-3-1 sistemi ilə oynayırlar. Sabah hücumameyilli oyunçuları bizə çətinlik yarada bilərlər.
- “Çelsi” ilə matça kimi, La Liqa görüşlərində asan qələbələr qazanmışdınız. Lakin həmin görüşdən sonra sanki eniş yaşanır...
- Komanda hər oyuna eyni formada hazırlaşır. Hələ yaxşılaşdıracağımız cəhətlər var. Bunların üzərində işləyirik. Çalışmaqla nəticələr də yaxşılaşır.
- Azərbaycanla əməkdaşlığınız olmuşdu və bu, sizə uğur gətirmişdi. Qarabağ bölgəsi və Azərbaycan haqda fikirləriniz maraqlı olardı...
- Qarabağın tarixi haqda məlumatım yoxdu. Buna görə, üzr istəyirəm. Klub barədə məlumatım var. Azərbaycanla əməkdaşlığımız bizə uğur gətirmişdi. İlk ilimizdə İspaniya Kral Kubokunu, daha sonra isə La Liqanı qazanmışdıq, Çempionlar Liqasının finalına adlamışdıq. İnanıram ki, burdan getdikdən sonra da eyni uğurları qazanacağıq.




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turuna yekun vurulub
09.12.2018
İspaniya La Liqası: Kataloniya derbisində dörd qol vurulub
09.12.2018
“Mançester Siti”nin məğlubiyyətsizlik seriyasına son qoyulub
08.12.2018
Türkiyə Superliqası: “Qalatasaray” komandası öz meydanında xal itirib
08.12.2018
Qurbanov istefa verdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info