Londonda “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi keçirilib
Tarix: 18.10.2017 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Londonda - Böyük Britaniya parlamentinin Lordlar Palatasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmin nümayişi keçirilib. Filmin nümayişi Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menzis tərəfindən, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib. Londondakı tədbirdən əvvəl bu ilin may ayında Parisdə Ordu Muzeyində filmin Avropa premyerası keçirilib.
 
Rəqəmsal qaydada bərpa olunan və rənglənmiş arxiv görüntülərinin istifadə edildiyi filmdə sovet ordusunun sıralarında faşizmə qarşı döyüşən və arxa cəbhədə qələbə üçün var gücü ilə çalışan azərbaycanlıların igidliyindən bəhs edilir. Filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır. “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlanan bu yeni sənədli film 2015-ci ildə Louis Vaudeville tərəfindən Robert Mugnerotun rejissorluğu ilə Bakı Media Mərkəzi ilə əməkdaşlıq şəraitində və Heydər Əliyev Fondunun dəstəyi ilə “CC&C Productions” şirkəti üçün çəkilib. Layihənin rəhbəri Arzu Əliyevadır.
 
Arxiv görüntülərindən ibarət olan bir epizodda Adolf Hitlerin nasist iyerarxiyasının müxtəlif üzvləri əhatəsində Xəzər dənizi ətrafı formasında bir tort yediyini göstərir və burada üzərində svastika olan şokoladlı kremlə B–A–K–U sözü yazılıb. Tortu yedikdən sonra Hitler deyir: “Biz Bakı neftini ələ keçirə bilməsək, hər şeyi itirəcəyik”. Bu, sadəcə şişirtmə deyildi, Bakının neft yataqları bütün sovet ehtiyatlarının 80 faizini təşkil edirdi və sovet ordusunun uğuru üçün əsas idi. Bakının işğalı 26 sentyabr 1942-ci il tarixinə təyin edilmişdi.
 
Böyük Britaniya parlamentinin üzvü Mark Menzis tədbir iştirakçıları qarşısında çıxış edərkən bildirib ki, sənədli filmdə İkinci Dünya müharibəsinin həmin o mühüm illərində Azərbaycanın rolundan bəhs edilir: “Böyük Britaniyada – Avropanın əksər hissəsində olduğu kimi – Şərqdə gedən müharibənin detalları çox vaxt nəzərdən qaçır. Bu film Azərbaycan və onun vətəndaşlarının oynadığı mühüm rolu müəyyən dərəcədə izah edir. Mən, Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini olaraq, bu filmi nümayiş etdirməyimə çox şadam, belə ki, bu qrup  Böyük Britaniya və Azərbaycan arasındakı əlaqələri daha da inkişaf etdirmək üçün çalışır”.
 
Tamamilə arxiv xronikalarından ibarət olan filmdə Bakının mexanikiləşdirilmiş neft çıxarma yurdu olmasının vurğulanması, şəhərin dəblə geyinmiş insanlarla dolu küçələri, habelə Stokholm, Paris, Moskva və Varşavanı xatırladan binaları ilə Qafqazın Parisi kimi təsvir edilməsi izləyicilər üçün gözlənilməz olub. Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin çəkilişləri 14 ay davam edib. Film üzərində çalışmalar zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb. Filmdə müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bugünədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir.
 
Film Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub. Filmin ilk premyerası 2015-ci ilin may ayında Bakıda keçirilib. “RMC Découverte” və “National Geographic” kanallarında nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib
22.09.2018
Estoniyada Müqavimət Günü qeyd edilir
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info