“Avropa İttifaqı ilə bütün sahələri əhatə edən müzakirələrə hazırıq“
Tarix: 18.10.2017 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


"Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanda böyük maraq doğurur. Hazırda Avropa Komissiyası ilə sıx əməkdaşlıq edirik. Xüsusilə tərəfdaşlıq sazişi ilə bağlı işlər gedir".
 
Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
Nazir qeyd edib ki, Azərbaycan Aİ-nın 10 ölkəsi ilə strateji tərəfdaşdır.
 
"Daha iki ölkə ilə strateji tərəfdaşlıq sazişinin imzalanması gözlənilir. Düşünürük ki, Avropa İttifaqı ilə saziş strateji əhəmiyyətli olmalıdır. Avropa Komissiyasının üzvləri bu ayın sonu Azərbaycana gələcəklər. Digər dövlət qurumları da müzakirələrdə yaxından iştirak edir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Hazırda enerji sahəsində strateji əhəmiyyətə malik əməkdaşlıq mövcuddur. Bununla belə, bütün sahələri əhatə edən müzakirələrə hazırıq", - deyə E. Məmmədyarov bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
15.11.2018
Büdcə müzakirələri başa çatdı: hökumətə noyabrın 23-dək vaxt verildi
15.11.2018
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
15.11.2018
Polşadakı ermənilərdən təxribat: Azərbaycan diaspor təşkilatı hərəkətə keçdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info