BANM-də Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
Tarix: 18.10.2017 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir təşkil edilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov Dövlət Müstəqilliyi Gününün yaranma tarixindən, xalqımızın müstəqillik uğrunda gərgin mübarizəsindən danışıb. Vurğulanıb ki, 1918-ci ildə əldə edilmiş qısamüddətli müstəqillikdən sonra xalqımız 1991-ci il oktyabrın 18-də Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması ilə yenidən öz müstəqilliyinə qovuşub. Müstəqilliyimizə qədəm qoyduğumuz gündən indiyədək ölkəmizin siyasi və beynəlxalq arenada əldə etdiyi uğurlardan danışan E.Qasımov bu nailiyyətlərin ümummilli lideri Heydər Əliyevin seçdiyi strateji inkişaf yolunun və uzaqgörən siyasətin nəticəsi olduğunu deyib.
BANM-in ingilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev Azərbaycanın Dövlət Müstəqilliyi Gününün tarixi məqamları və ölkəmizin keçdiyi inkişaf yolu haqqında məlumat verib.
Tələbələr mövzu ilə bağlı maraqlı təqdimatlarla çıxış ediblər.
Sonda rektor E.Qasımov müstəqilliyimizin 26-cı ildönümü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edib, müstəqilliyimizin daimi və möhkəm olmasını arzulayıb.




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info